manera.az
manera.az

Hekayə oyunu davam edir... - TƏHLİL |MANERA.AZ

Hekayə oyunu davam edir... - TƏHLİL |MANERA.AZ
Qan Turalı yazır...

Kamal Abdullanın "Edam vaxtını dəyişmək olmaz" hekayəsi oxucuda çox suallar yaradır: Şükufəni kim öldürüb? Şövqinin son istəyi nədir? O dazbaş doğrudan da cəlladdırmı? Bir adamlıq dar kamerada ölümünü gözləyən Şövqinin anımları üstündə qurulan bu hekayə ilə yazıçı bizi gizlinlərə aparır, dolaşdıqca dolaşdırır, bataqlıqda çapalayanın daha çox batdığı kimi biz də hekayəni oxuduqca daha dərinlərə qərq olur, daha çox suallarla üz-üzə qalırıq. Əlbəttə, adi bir oxucu hekayənin son dərəcə sadə, anlaşılan olmasını arzu edir, çünki belə hekayələri anlamaq asan olur. Ən sonda Şövqi hər şeyi xatırlamağa başlayır və rahatlayır. Lakin biz onun doğrudan da Şükufəni öldürüb öldürmədiyinə bilmirik.

Suallar açıq qalır. Və məncə hekayədən çıxan ən maraqlı nəticə də budur: Doğrudur, etiraf yüngüllükdür, bəs bu etiraf yalandısa, onda necə? Ölüm hökmü ilə üz-üzə dayanan Şövqi özünü inandırır ki, Şükufəni o öldürüb və ona elə gəlir ki, bu halda ölümü daha asan qarşılayacaq.

Sokratı edama aparılanda tələbələrindən biri deyir ki, heyf sizdən, sizi haqsız yerə edam edirlər. Sokrat da ənənəvi Sokrat cavabını verir: “Haqlı yerə edam etsəydilər daha yaxşı olacaqdı?” Lakin Şövqinin günahsız, ya da günahkar qiyafəsində edamı da sona qədər açılmır. Biz bilinməzlik girdabına düşürük. Mənə elə gəlir ki, burda deyilməyən deyiləndən, gizli aşkardan, məchul məlumdan artıqdır və bu da bizə imkan verir ki, hekayə barəsində çoxlu mülahizələr yürüdək.

Bu mülahizələrlə bərabər oyun də davam edir, sonsuza qədər qapanmır və bu mülahizələr də hekayənin zəruri bir əlavəsinə çevrilir. Qurani Kərimdə deyildiyi kimi, bilin ki, dünya bir oyun imiş...

Görək, bu hekayə oyunumuzun axırı hara gedəcək?

kulis






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI