manera.az
manera.az

"Çünki o, nağılları sevirdi"/ MANERA.AZ

📅 24.01.2017 13:25

"Çünki o, nağılları sevirdi"/ MANERA.AZ


Təranə Feyzullayeva

Onunla yaradıcılığının ilkin etapında görüşdük- Gənclər teatrında işlədiyi zaman. Oynadığı obrazlara laqeyd qala bilmədim. Qobustan jurnalında onunla bağlı böyük bir məqalə dərc elətdirdim.

Dostluğumuz belə başladı. Aradan uzun illər keçdi. Dekabrın 30-da yenidən görüşdük. Məlum oldu ki, Rus Dram Teatrında çalışıbmış. Sonra zəngləşdik. Və məlum oldu ki, özünə iş axtarır...

İşığa qovuşa bilmədi Oqtay... Bəlkə də o dünyanın işığına qərq olub artıq. Mən heç kəsi günahlandıra bilmərəm, çünki uzun illərdir bu insanı görmürdüm və həyat tərzindən bixəbər idim.

Amma özünün səmimi etiraflarına əsaslansam, nə qədər tənha və ümidsiz olduğunu sezmək çətin deyildi. Hər şey dəyişə bilərdi, bir aktyor kimi ulduzu da parlaya bilərdi Oqtayın, amma bunların heç biri olmadı.

Laqeydliyin, biganəliyin hökm sürdüyü müasir dünyadan baş çıxara bilmədi bu səmimi insan... Onun haqqında illər öncə yazdığım məqalə "Min bir gecə nağılı" adlanırdı. Çünki o, nağılları sevirdi... Hər nağılın sonunun gözəl bitdiyi üçün... İnaniram ki, uşaq səmimiyyətin, həyata olan sevgin ruhunda əbədi ömür qazanacaq...

Ruhun şad olsun, Oqtay…

MANERA.AZ


Baxış sayı - 1 449 | Yüklənmə tarixi: 24.01.2017 13:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031