manera.az
manera.az

"Ələsgər haqda keçmiş zamanda danışmaq çətindi" - MANERA.AZ

"Ələsgər haqda keçmiş zamanda danışmaq çətindi" - MANERA.AZ
MANERA.AZ
Bu gün mərhum aktyor, əməkdar artist Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilib.

Mərasim aktyorun evində təşkil olunub. Vida mərasimində aktyorun sənət yoldaşları, teatr xadimləri iştirak edib.

Daha sonra Ələsgər Məmmədoğlu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Sənət dostları MANERA.AZ-a Ələsgər Məmmədoğlu haqda öz fikirlərini bölüşdülər.

Xalq artisti Hacı İsmayılov

- Belə gündə adam nə danışa bilər?! Ancaq kədər,qəm... Neçə illik dostumuzu itirdik. Hansı ki, Azərbaycan mədəniyyətində özünəməxsus yeri olub. Teatrda, kinoda özünəməxsus rollar oynamış o rollarla tamaşaçının sevgisini qazanıb.Onun dediyi sözlər xalq arasında deyimə çevrilib. Biz gözləmirdik ki, Ələsgər belə bir tez zamanda bizi tərk edər. Çünki xəstəliyi ilə dünyadan köçməyi qısa bir zamanda oldu.Əlbətə ki, Ələsgərin vəfatı Akademik Milli Dram Teatrı üçün, onu tanıyanlar üçün tamaşaçılar üçün, bütöv mədəniyyətimiz üçün böyük bir itkidi.Bizim üçün təsəlli o ola bilər ki, Ələsgərin oynadığı filmlərə, tamaşalara baxıb onu yadımıza düşəcək və Ələsgərin bir aktyor kimi yoxluğu bugünki kimi təsir edəcək.
"Ələsgər haqda keçmiş zamanda danışmaq çətindi" - MANERA.AZ
Əməkdar artist Elxan Cəfərov

- Mənim üçün çətindi Ələsgər haqqında danışmaq mən onu bu gün tanımıram dünən tanımıram onunla uşaqlıqdan bir böyümüşük bir yerdə dərnəklərə getmişik.Ələsgər mənlə biraz böyük idi amma biz yaxın dost idik çox merhiban olmuşuq.Hər teatra gələndə bir-birimizi axtarırdıq söhbət edirdik.Onun özünə deyiridim ki xalq səni sevir sənə hamı böyük hörmət edir çünki Ələsgər çox sakit mehriban heçkimlə işi olmayan başını aşağı salıb işi ilə sənəti ilə məşqul olurdu.Çox təsüflər ki Ələsgər bu gün bizim sıralarmızdan gedib.Allah ona qəni-qəni rəhmət eləsin qəbri nurla dolsun.

Əməkdar artist Telman Əliyev

- Ələsgər Məmmədoğlu 50-il iş stajı olan, teatr yaradıcılığına malik olan aktyorlardan biri idi. Ələsgər Məmmədoğlu kinoda da, teatr tamaşalarında da özünəməxsus rollar yaratmışdıq.O bir insan kimi də, dost kimi də bizim yadaşımızdadı.Ələsgər demək olar ki, insan kimi də sakit təbiətli,mehirban dostları ilə xeyirdə-şərdə birlikdə olmağı sevən idi.Ələsgər ictimai yerdə olan aktyor idi. Onu hər yerdə görmək olurdu.Özünəməxsus, rola yanaşma xüsusiyətləri ilə kinoda-teatrda aktyor kimi, dost kimi yadaşımızdan silinməyəcək.

Əməkdar artist Aslan Şirinov

- Ələsgər müəllimin dünyasını dəyişməyi Azərbaycan mədəniyyətinə teatr-kinosuna ağır itkidi.İllər keçəsə də O qəlblərdə yaşayacaq. Bizə də o xoşbəxtlik nəsib olub ki, onunla bir səhnəni bölüşmüşük. Ən əsası çox gözəl insan idi. Bütün intiriqalardan uzaq idi. Teatrda ona hamımız Ata deyirdik. Onunla mən Türkiyəni qarış-qarış gəzmişik. Yol yoldaşı kimi çox gözəl insan idi.İnsani keyfiyət və sənət kompleksi nadir insanlarda olurdu, amma Ələsgər müəllimdə insani keyfiyət və sənət sənətkarlıq var idi.

Əməkdar artist Hicran Nəsirova

- Ələsgər sakit, mədəni, mülayim, səmimi idi. Onun səhnədə, kinoda özünəməxsus rolları var idi.Tərəfmüqavili kimi də çox gözəl aktyor idi. Heçkimlə davası olmayıb. Ələsgər haqqında keçmiş zamanda danışmaq hamımız üçün çətindi.
"Ələsgər haqda keçmiş zamanda danışmaq çətindi" - MANERA.AZ
Aktrisa Əminə Babayeva

- Ələsgər ilə biz uşaqlıqdan bir yerdə olmuşuq. O vaxtkı 26-ılar Xalq Teatrından bir yerdə olmuşuq. Ələsgər çox gözəl insan idi, həm də istedadlı aktyor sənətkar idi. Hələ də inana bilmirəm ki, o cür insan, o cür dost səhnəmizdən sıralarımızdan gedir. Ələsgər mənim həm uşaqlıq, dostum həm də sənət dostum idi.Onunla səhnədə rol oynamaq, bir səhnədə olmaq həzzedici idi.Onun oynadığı rollar bizim qəlbimizdə yaşayacaq.

ALLAH RƏHMƏT ELƏSİN, RUHU ŞAD OLSUN!

Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031