manera.az
manera.az

Açılmamış səhər - MANERA.AZ

📅 28.05.2016 16:01

Açılmamış səhər - MANERA.AZ
20 il bundan öncə. 28 may tarixi ... Səhər açıldı. Günəş dogdu. Yeni gün başlananda zülmət də çəkildi. Amma ÜLVİYYƏ QOCAYEVANIN səhəri açıla bilmədi. Həmin gün Ülviyyənin həyatına 28 may səhəri gecikirdi...

Kim idi bu balaca qızcığaz? Nədən daima körpə qalmaq, böyümək istəmədi?!

19 yaşlı Ülviyyə Məzahir qızı Qocayeva BDU-nun tələbəsi idi. Yay semestrinin son günləri bəlkə də yorgun, bəlkə də yuxusuz idi Ülviyyə. Amma bu qədər yatmaq istəməzdi o. Qarşıda imtahanları var idi. Həm də arzularının ardınca getmək, sevib-sevilmək istəyirdi o.

28 may səhəri. 1996-cı il. Qocayevlər ailəsini ayrılıq küləyi açırdı. Ülviyyə isə səhərin açılmasını istəmirdi. Onun üçün qaranlıq gecə uzanırdı.

Ölüm də gəlib çıxmışdı. Tələbə qız əbədi olaraq bu həyata göz yummuşdu. Astaca “Bagışla məni, ana!” söyləmişdi ... Anası Sürəyya xanım üçün isə Günəş batırdı. Çünki ananın çox sevimli övladı Ülviyyə gözlərini yummuşdu. Bəli, fədakar ana Sürəyya xanım övladına həkim yardımını uzada bilmədi. Çünki çox gec idi. Aylar sonra Sürəyya xanım qızının ayrılığına dözə bilmədi. Ruhun təzələnməsinə ehtiyac var –dedi. Ölmüş ümidləri bagrına basıb, heç kimin duya bilməyəcəyi tərzdə agladı. Vaxtsız bu həyatdan köçərək Ülviyyəsinə qovuşdu. Yolların görüşməsinin mütləqliyi bax budur...

Yaşadıqca, dünyanın olumdan ölümə aparan tale yolunu addımladıqca yaddaşmıza çöküb qalan şəkillərin, xatirələrin içindən keçib gedirik. Bu xatirələrdən hansınısa nə vaxtsa unuda bilərik. Amma yaddaş gözlə yox, ürəklə həmfikir olanda o zaman xatirələr ən etibarlı sığınacaga çevrilir.

20 ilin xatirəsinə qayıtmaq istədim. Ülviyyənin bitməyən gəncliyinə boylandım. Və mən də söylədim: Ruhun şad olsun, Ülviyyə!


Təranə Şükürlü,
Filologiya üzrə fəlsəfə doktoru, dosent




Baxış sayı - 5 838 | Yüklənmə tarixi: 28.05.2016 16:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031