manera.az
manera.az

""Əli və Nino"un rəhbərliyi səhvi etiraf etməlidir" -Zakir Məmməd - MANERA

📅 05.06.2015 15:03

""Əli və Nino"un  rəhbərliyi səhvi etiraf  etməlidir" -Zakir Məmməd - MANERA

Manera.az xəbər verir ki, son zamanlar “Ali və Nino” mağazası ətrafında yaranan qalmaqala yazarlar münasibət bildirirlər.

Tənqidçi Zakir Məmməd də məsələyə biganə qalmayıb, manera.az-a açıqlamasında məsələyə münasibət bildirib.

"Hesab edirəm ki, bu, yazıçıya qərəzli münasibətin təzahürüdür. Ona görə ki, Qan Turalı bizim nüfuzlu yazıçılarımızdan biridir və kitabının satılmayacağını zənn etmirəm. Təəssüf ki, Azərbaycan cəmiyyətində bu cür qeyri-sivil münasibətlər baş alıb gedir. İnsanlara, hadisələrə bu cür ədalətsiz münasibətlər yolverilməzdir" - deyən tənqidçi "Əli və Nino" kitab mağazasının rəhbərliyini səhvlərini etiraf etməyə çağırıb.

" "Əli və Nino" kitab satışı şəbəkəsinin rəhbərliyi səhvi etiraf edib, qərarını dəyişib, həm özlərinin imicinə, həm də cəmiyyətiçi kulturoloji dəyərlərə dəyən ziyanı aradan qaldırmağa çalışmalıdır" – deyə Zakir Məmməd əlavə edib.

Manera.az


Baxış sayı - 2 255 | Yüklənmə tarixi: 05.06.2015 15:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031