manera.az
manera.az

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri başa çatıb/ MANERA.AZ

📅 06.01.2017 12:50

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri başa çatıb/ MANERA.AZ


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri və bayram tamaşası uğurla başa çatıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, hər gün 4 seans olmaqla 10 gün davam edən əyləncə dolu şənliklər yanvarın 4-də yekunlaşıb.

Bayram şənlikləri çərçivəsində balacaların maraqla izlədiyi “Buzlar ölkəsində” nağıl-tamaşa nümayiş olunub. Müəllifi Anar Sadıqov olan səhnə əsəri gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanıb.

Tamaşada əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova, Məhsəti Tahirzadə və Firuzə Balayeva çıxış ediblər.

Şahzadə Qar qızın xilasından bəhs edən səhnə əsəri xeyrin şər üzərində qələbəsi ilə başa çatır.

Təqdim olunan Yeni il şənlikləri və bayram tamaşası böyük maraqla qarşılanıb.

MANERA.AZ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri başa çatıb/ MANERA.AZ


Baxış sayı - 1 383 | Yüklənmə tarixi: 06.01.2017 12:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031