Yaşamaq nədir? - “Günaydın” kəlməsi.Tək cümləlik fəlsəfə- LAYİHƏ
“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara Manera.az portalının baş redaktoru Şəhla Aslan cavab verir.
-Niyə varsan?
- Yaşamaq üçün.
Niyə yox olacaqsan?
- Qovuşmaq üçün.
Niyə yazırsan?
- Anlatmaq üçün.
- Yaşamaq nədir?
- “Günaydın” kəlməsi.
Ölüm nədir?
-Əbədiliyin başlanğıcı.
Ədalət nədir?
- Seçim etmək.
Azadlıq nədir?
- Sərbəst düşüncə.
Yaradıcılıq nədir?
- Varsa, sərvətindi.
İnsan kimdir?
- Allahın möcüzəsi.
Tural İsmayılov,
MANERA.AZ