Yaşamaq nədir? - Ləzzətli əzabdır yaşamaq. |Tək cümləlik fəlsəfə- LAYİHƏ

Manera.az-ın “Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara yazar Ayxan Ayvaz cavab verir:
Niyə varsan?
- Var olmağımı istəyənlər var.
Niyə yox olacaqsan?
- Yox olmağımı da istəyənlər var.
Niyə yazırsan?
- Bir ömrə bir neçə ömrü sığışdırmaq istəyirəm.
Yaşamaq nədir?
- Ləzzətli əzabdır yaşamaq.
Ölüm nədir?
- Ölüm də yaşamağın bir növüdür.
Ədalət nədir?
- Ədalət sözünü lüğətlərdən çıxarıblar.
Azadlıq nədir?
- Heç kim azad ola bilmədiyi üçün azadlıq abstraktdır.
Yaradıcılıq nədir?
- Bütün həzlərin cəmi və ən böyüyü.
İnsan kimdir?
- Suallar arasında var-gəl edən və cavab tapmayan biri.
Tural İsmayılov,
MANERA.AZ