manera.az
manera.az

"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi MANERA.AZ

📅 23.12.2016 21:30

"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
Heydər Əliyev Sarayında “Anadolu rəngləri” adlı konsert proqramı təşkil olunub

Konsert Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Yunis Əmrə İnstitutunun dəstəyi ilə iki ölkə arasındakı mədəni əlaqələr çərçivəsində keçirilib.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan-Türkiyə münasibətlərinin Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsinə söykəndiyini deyib.

Konsert proqramı barədə danışan Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan və Türkiyə mədəniyyəti həm eyni mənbədən qaynaqlanır, həm də coğrafi baxımdan bir-birini tamamlayır.

Çıxışına Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" şeirindən misraları səsləndirirək başlayan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral tədbirin iki qardaş ölkənin birliyini nümayiş edirdiyini deyib.

Konsert proqramında Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi incəsənət idarəsinin nəzdindəki İstanbul Tarixi Türk Musiqi Cəmiyyətinin, Mehtər Qrupunun, Dövlət Xalq Rəqsləri Cəmiyyətinin, Ankara Türk Dünyası Musiqi Cəmiyyətinin, Konya Türk Musiqisi Cəmiyyətinin, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor ansambllarının sənətçiləri eyni səhnədə çıxış ediblər.

Manera.az konsertdən fotoları təqdim edir:

"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ
"Anadolu rəngləri” adlı konsert proqramı keçirildi  MANERA.AZ


Baxış sayı - 1 295 | Yüklənmə tarixi: 23.12.2016 21:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031