manera.az
manera.az

Şair, küçə itləri kimi bizi də ağrıyan yerimizdən vurdular- Şeirlər/ MANERA.AZ

📅 12.12.2016 13:00

Şair, küçə itləri kimi bizi də ağrıyan yerimizdən vurdular- Şeirlər/ MANERA.AZ
Səkinə Qərib


Nolar, Allah baba, öldürmə balaca uşaqları
Kəfən nazik, soyuq torpağın altında xəstələnir onlar..
cənnəti anlayacaq yaşa çatmadılar ki,
bir-iki gəlincik, top, masanın altına sığışa biləcək qədər evcik istəyirlər,
bir də
yorulub yatanda,
gecənin qaranlığında
analarına sığınmaq...

**

Bu gün bir şeyi anladım, şair
Bomjların ev telefonu var-taksafonlar
Yataqları dayanacaq, oturacaqları skamyalar
Bir də yarıda qoyduğum adamları xatırladım,
Nankor olur insanlar.
Yadımdaykən deyim, şair,
Bayaq ürəyimi ağrıdan axsaq iti elə ayağından vurdular,
Ancaq indi bunları düşünmürəm mən,
Və anlayıram ki, bomjların telefonuna pulsuzluqdan yox,
Allahdan və şeytandan ümidlərini üzdüklərindən zəng gəlməz...
Anlayıram ki, yarıda qoyduğum adamlar kimi,
Yarımçıq oxuduğum kitabların ahı tutur məni,
Şair, küçə itləri kimi bizi də ağrıyan yerimizdən vurdular.
**

Balaca idim
Stolun üstündə bir qarışqanı bilmədən əzdim,
Yaralandı, ölmədi,
İnsanlar kimi...
Saatlarla başının üstündən ayrılmadım,
Allaha yalvardım:
"Allah baba, öldürmə qarışqanı,nolar!..."
Qarışqa öldü...
İlk itkimi belə yaşadım,
İlk dəfə allahdan onda küsdüm
İlk ürək ağrımı hiss elədim,
“Adamın ürəyi ağrıyar” cümləsini onda dərk elədim.
Və illər keçdikcə anlayıram,
Çox doğru, yalnız “adam” ların ürəyi ağrıyar…

MANERA.AZ


Baxış sayı - 1 710 | Yüklənmə tarixi: 12.12.2016 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031