manera.az
manera.az

Dostlar qıydı, cavan şair canıma...- HƏSƏN MERACın şeirləri | MANERA.AZ

Dostlar qıydı, cavan şair canıma...- HƏSƏN MERACın şeirləri | MANERA.AZ
MANERA.AZ bir vaxtlar “Sabir” Yazarlar Ocağının başqanı olmuş, mərhum şair-publisist Həsən Meracın şeirlərini təqdim edir:


Azadlıq marşı

Azadlıq yoludur tutduğumuz yol,
Vətən gözümüzə, könlümüzə dol.
Ölərik, biz səni vermərik yada,
Yaşa Azərbaycan, sən yaşa, var ol.

Üç rəngli bayrağım elə yaraşı, elə,
Azadlıq şərqisiynən dünya gələcək dilə.
Uğrunda şəhidlər vermişik Vətən,
Qədrini yaman gec bilmişik Vətən.

Ölərik, biz səni vermərik yada,
Ölümü öldürüb gəlmişik Vətən.
Üç rəngli bayrağım elə yaraşı, elə,
Azadlıq şərqisiynən dünya gələcək dilə.

Noyabr, 1989


Ağlama, Bakı, Ağlama

Qəm karvanı keçib gedər,
Ağlama, Bakım, ağlama!
Ölüm bizi biçib gedər,
Ağlama, Bakım, ağlama!

Şəhidlərin sinəsi qan
Bu nə gərdiş, bu nə dövran?
Qan ağlayır Azərbaycan,
Ağlama, Bakım, ağlama!

Bələdilər qana bizi,
Sərdilər yan-yana bizi
Özün boyda qan dənizi
Ağlama, Bakım, ağlama!

Bu qan yerdə qalan deyil,
Qərənfillər solan deyil,
Gözlər dərddən solan deyil
Ağlama, Bakım, ağlama!

Gecənin gecə çağında,
Bir körpəcə uşağın da
Dərd göyərər dodağında,
Ağlama, Bakım, ağlama!

Şəhidlərə qurban olduq,
Daş olarıq, yurdda qallıq,
Zaman gələr qisas allıq,
Ağlama, Bakım, ağlama!

25 yanvar, 1990


Şəhriyarın var olsun!

Haraydısa, vulkan kimi qalxıb göyə millənər,
Həsrətdirsə, qönçə-qönçə çiçəklənər, güllənər,
Ağrıdırsa yaşa dönüb, ürəyimdə göllənər.
Ağlayıram, bəlkə qəlbim boşala...
Vay o gözdən, yaş çıxmaya, boş ola...

Qadaqdadır, sözü də tutmaz dilimiz,
Uzandıqca, hey uzanar əlimiz,
Danışmağa neyləyirik dili biz.
Göz deyəni, dil onsuz da deyəmməz...
Dərdsiz olan, dərdliləri bəyənməz...

Ulu Tanrı deyən bizdən incidi,
Qalanlar yox, ölənlər birincidi,
Indi gülək, hər gülüş bir incidi.
Ağlamağın, gülməyi də olurmuş...
Ağlayanda bütün dünya doluymuş...

Heydər baba, Şəhriyarın var olsun,
Qurdun-quşun hər daşına yar olsun,
Bizdən sonra doğulanlar ər olsun
Ər olanı hər daş atan vurammaz...
Vurulan kəs, yıxıldısa, durammaz...

Heydər baba, qəltan oldum qanıma,
Dostlar qıydı, cavan şair canıma,
Bir yer saxla, gələcəyəm yanına.
Şəhriyarım tək yatmasın qoy orda...
De ki, ona yas saxlayır bu tay da...

Heydər baba, biz də yaman gündəyik,
Bilmirik ki, nə məhzəbdə, dindəyik,
Demə burda çox uzaqda, gendəyik,
Siz yandığız oda, biz də yanırıq...
Sınmasaq da, sındırırlar, sınırıq...

Oktyabr, 1988


MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930