manera.az
manera.az

Ümidsiz insanlar - Əhməd Qəşəmoğlu _MANERA

📅 25.02.2016 11:35

Ümidsiz insanlar - Əhməd Qəşəmoğlu _MANERA
Əhməd Qəşəmoğlu

XOCALI qətliamı

Şəhidlərimizə həsr olunmuş “Cavanşir” poemasından parça


26 fevral, 1992 – ci il.
tarixin üzüqara səhifəsi,
Xocalı qırğını...
el-oba, göy üzü
hələ də ağı deyir,
götürə bilmir bu ağrını.
vəhşiliyin zirvəsiydi,
insanlığın yasıydı,
iblisin təntənəsiydi,
hər tərəf, yer - göy
körpələrin, yaşlıların
qışqırtısı, naləsiydi...
qışın oğlan çağında,
eldən köməksiz qalan
ümidsiz insanlar
ən vəhşi alayların qarşısında
pərən-pərən,
didim-didim oldular.
qucağında körpəsi,
qanına qəltan olub,
qar üstünə düşən kim,
ayaqyalın, baş açıq
yollarda sinəsini
qəfil güllə deşən kim!...
üzdə erməni ünvanlı,
arxada rus nişanlı
alay-alay ordular,
silahsız insanları
qırdıqca hey qırdılar,
bundan məmnun oldular.
evə girib, çarpayıda xəstəni,
iməkləyən körpəni,
qocaları vurdular,
gözə görünən hər kəsi,
anındaca rişxəndlə,
nəşə ilə qırdılar...
dedilər qırın, qırın!
daha da vəhşi qırın!
görk olsun, qorxsunlar qoy
ətrafdakı kənd, şəhərlər
eşidib bu vəhşəti,
qaçıb boşalsınlar qoy!
gizlin yollarla qaçıb,
meşələrdə dolaşan
kimlərsə xilas oldu,
bu insanlıq dəhşəti
onların da ömründə
sağalmaz yara qaldı...
insanları sona dək,
qırıb çatandan sonra,
meyitlərə cumdular
meyidləri əzdilər,
meyidləri xıncdılar,
onlar adammıydılar?
balaça körpənin əzildi başı,
qoca ağsaqqallın partladı qaşı
hamilə qadının yarıldı qarnı,
yox oldu çoxunun ağızı-burnu...
baxıb mənzərəyə nəşələndilər,
meyitlər üstünə bir də gəldilər
parça-parça elədilər,
cəsədləri qeyz ilə,
bir də güllələdilər...
illərlə uydurduqları
genosid nağıllarından
yüz qat çox,
bir genosid oldu bu,
Xocalı qətliamı –
tariximizdə
qəzəb, göynək dolu qaldı bu.

MANERA.AZ


Baxış sayı - 1 828 | Yüklənmə tarixi: 25.02.2016 11:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031