manera.az
manera.az

Xeyriyyə məqsədli caz gecəsi olacaq _MANERA

📅 09.03.2016 12:33

Xeyriyyə məqsədli caz gecəsi olacaq _MANERA
Martın 18-də Nizami Kino Mərkəzində cazsevərlərə daha bir konsert proqramı təqdim olunacaq.

MANERA.AZ xəbər verir ki, “Milli koloritli caz gecəsi” adlı konsert proqramı leykoz xəstəliyindən əziyyət çəkən və hazırda İstanbul "Acıbadem" xəstəxanasında müalicə olunan İbrahim Fərhadlının müalicəsi üçün könüllülər tərəfindən təşkil edilən növbəti xeyriyyə tədbiridir.

Xeyriyyə konsertini dəstəkləməyi məşhur caz ifaçıları özlərinə borc biliblər. Gecədə Nurlan Növrəsli, Arslan Növrəsli (caz qrupu ilə), Fərid və Aygün Əsgərovlar, Təranə Mahmudova, Salman Qəmbərov, Fərid Mayılov, Anar Keytarman (Yusifov), Mircavad Cəfərov, “Cəngi” caz qrupu və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri iştirak edəcəklər.


Baxış sayı - 1 378 | Yüklənmə tarixi: 09.03.2016 12:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031