manera.az
manera.az

Ölüm nədir? - Yorğunluğun sonu, istirahətin başlanğıcı. |Tək cümləlik fəlsəfə- LAYİHƏ

📅 02.12.2016 12:39

Ölüm nədir? - Yorğunluğun sonu, istirahətin başlanğıcı. |Tək cümləlik fəlsəfə- LAYİHƏ
Manera.az-ın “Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov cavab verir:

Niyə varsan?

- Məndən asılı deyil, kainatda əbədi gedən maddənin və enerjinin şəkildən-şəklə düşməsi prosesinin tərkib hissəsiyəm.

Niyə yox olacaqsan?

- Maddə yox olmur, şəklini dəyişir; informasiya tərəfimin isə lazım olan qismi genlərimlə sonrakı nəslə ötürüləcək, lazım olmayanı da elə itsə, yaxşıdır.

Niyə yazırsan?

- Bacardığım odur.

Yaşamaq nədir?

- Təkamül prosesinin bir epizodunda rol oynamaq.

Ölüm nədir?

- Yorğunluğun sonu, istirahətin başlanğıcı.

Ədalət nədir?

- Başqalarının da maraqlarını nəzərə almaq.

Azadlıq nədir?

- İnsana qadağaları onun özünün qoyması.

Yaradıcılıq nədir?

- Yaradıcılıq yoxdur, rekonstruksiya var, artıq mövcud olanları fərqli şəkildə düzüb-qoşmaq var – “Lego” konstruktoru kimi.

İnsan kimdir?

- Allahı yaradan qüvvə.

Tural İsmayılov,
MANERA.AZ


Baxış sayı - 1 940 | Yüklənmə tarixi: 02.12.2016 12:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031