Yoxluq nədir?-Yoxluq yoxdur, təkcə varlıq var. |Tək cümləlik fəlsəfə- LAYİHƏ
Manera.az-ın “Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara şair Salam Sarvan cavab verir:
Niyə varsan?
- Var olmamaq mümkün deyildi, mümkün deyil.
Niyə yox olacaqsan?
- Yoxluq yoxdur, təkcə varlıq var.
Niyə yazırsan?
- Sadəcə instinktləri ifadə edirəm.
Yaşamaq nədir?
- Yerində qaçış.
Ölüm nədir?
- Şahmat fiqurunun vurulub taxtanın qırağına qoyulmasına oxşar bir hal: yeni oyun başlayanda yenidən taxta üzərinə qayıdacaqsan.
Ədalət nədir?
- Nasaz tərəzidə düz çəkmək: çünki meyarların hamısı mübahisəlidir.
Azadlıq nədir?
- Azadlıq – anlayış kimi ortaya atılana qədər var idi.
Yaradıcılıq nədir?
- İlahi instinkt.
İnsan kimdir?
- ...
Tural İsmayılov,
MANERA.AZ