manera.az
manera.az

Meşədə- Rövşən Abdurəhmanlının yazısı/ MANERA.AZ

Meşədə- Rövşən Abdurəhmanlının yazısı/ MANERA.AZ


Teleaparıcı Rövşən Abdurəhmanlı Manera.az üçün yazdı...

Axırıncı dəfə meşədə nə vaxt olmusunuz? Əminəm, çoxlarınız xatırlamırsız. Mən özüm də tez-tez getmirəm. Ara-sıra meşəbəyi dostlarla əlaqə saxlayıram. Deyirlər ki, heç gəlmək məsləhət deyil. Çünki, meşədə aləm bir-birinə dəyib. Heyvanları tanımaq olmur. Dovşan bilib yaxınlaşdığın, bir-bir qurda çevrilir.

Düzdür, deyirlər meşə çaqqalsız olmaz, amma bu qədər də yox. Meşəbəyinin dediyinə görə, çaqqallar yaman çoxalıb. Ən qəribəsi isə meşədə son vaxtlar xoruzların görünməyə başlamasıdır. Xoruzlar meşəyə niyə gəldiklərini heç özləri də bilmirlər. Onlar yem tapmaqda da çətinlik çəkirlər.

Görünən isə odur ki, hələlik xoruzlar meşəni tərk etmək niyyətində deyillər. Onların belə çox yayılmaları ən çox donuzları narahat edir. Xoruzlar donuzları yatmağa qoymurlar. Donuzlar da yuxudan əsəbi oyanıb, heyiflərini başqalarından alırlar. Vallah, çox acınacaqlı məqamdır. Xoruz donuzu narahat edirsə , bunun əzabını niyə dovşanlar çəkməlidirlər? Artıq vəziyyət o həddə çatıb ki, meşədə dovşanların nəsli kəsilmək üzrədir.

Hələ, siz qoyunlara baxın. Meşədə ağalıq sevdasına düşüblər. Bu azmış kimi onlar dörd ayağını bir başmağa dirəyib nə istəsələr yaxşıdır? Dovşanlar meşəni tərk eləsin. İşə bax! İndi yazıq kələm yeyənlər nə edəcəklərini bilmirlər. Qorxularından səslərini belə çıxarmırlar. Dovşanlardan fərqli olaraq, günü-gündən sayı artan eşşəklər qoyunların ağalığına etiraz edirlər. Bütün gün, gecə-gündüz demədən anqırırlar. Deyəsən, onlar da meşənin ağası olmaq istəyirlər. Əl atmadıqları yol qalmayıb. Bu yaxınlarda isə ayılardan eşəkklərə maraqlı məktub gəlib. Məktubda bilirsiz nə yazılıb? “Eşşək nə qanır , zəfəran nədir? “. Eşşəklər indi baş sındırırlar. Onları bir sual bərk düşündürür. “Ayılar bu məktubla nə demək istəyiblər, görəsən?”

Hə, yaxın günlərdə meşədə bir etiraz aksiyası da planlaşdırılır. Mitinqə hər kəs dəvətlidir. Deyilənə görə, təşkilatçı tülkülərdir. Amma özlərini heç elə aparmırlar. Sanki, bunların olanlardan xəbərləri yoxdur. Gəzən şayiələrə görə, tülkülərə ən çox dəstəyi meymunlar verir. Bunu hamı danışır. Çünki, onların son vaxtlar “dostluğu” yaman dərinləşib. Dəhşət mehribandırlar. Tülkü tülkülüyünü edir, meymun da meymunluğunu. Özü də sayları durmadan artır. İndi onlar ilanları yoldan çıxarmağa çalışırlar. İlanlar da təkbaşına mübarizə aparırlar. Kim gəldi sancırlar. Özlərinə çox güvənirlər. Maşallah, sayları-hesabları da yoxdur. Əvvəlki illərə nisbətən xeyli çoxalıblar. Hər addımbaşı meşədə ilana rast gəlmək mümkündür.

İlanlarlardan fərqli olaraq aslanlar nədənsə gözə dəymir. Deyilənə görə, bunun səbəbkarı birbaşa şirlərdir. Nə qədər təəccüblü olsa da , şirlər qoyunlara “işləyir”mişlər. Məqsəd aslanların torbasını tikməkdir. Meşədə hər kəs şirlərlə qoyunları qohum hesab edirlər. Bu hərəkətlərinə görə şirlər yaman gözdən düşüblər. Axı, necə ola bilər ki, şir qoyunun "adamı" olsun?

İndi deyəcəklərimə lap üzüləcəksiz. Siz Allah, məni bağışlayın. Buna özüm də pis oldum. Meşəbəyi dostum deyir ki, hər zaman tamaşasına durduğumuz marallar və ceyranların tamaşalıq halları qalmayıb. Yazıqlar itin gününü çəkirlər. Bu heyvanları it yerinə sayan da yoxdur.
İt demiş, onlar da pis yaşamırlar. Atlar gedəndən itlər bayram edir.

Deyirəm da... Qaydalar dəyişir. Həyəcan təbili çalınmalıdır.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728