manera.az
manera.az

Mərhum aktyor Sabir Sultanovun 70 illiyi qeyd olunub| MANERA.AZ

Mərhum aktyor Sabir Sultanovun 70 illiyi qeyd olunub| MANERA.AZ
Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktyoru Sabir Sultanovun 70 yaşı tamam olub.

Dövlət Musiqili Teatrında Sabir Sultanovun xatirəsi anılıb və “Qızıl toy” (Ramiz Heydər, Oqtay Kazimi) tamaşasının növbəti nümayişi mərhum aktyorun 70 illiyinə həsr olunub.

Tamaşanın nümayişindən öncə Musiqili Teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova S. Sultanovun həyat və yaradıcılığı haqqında çıxış edib. V. Mühacirova aktyorun oynadığı rolların hər zaman tamaşaçılar tərəfindən böyük sevgi və rəğbətlə qarşılandığını xüsusi qeyd edib.

“Sabir Sultanovun “Qızıl toy” komediyasında canlandırdığı Fransız turist oğlan obrazını onun sənətinin pərəstişkarları indi də məmnunluqla xatırlayır. “Qızıl toy” tamaşasının bugünkü nümayişinin Sabir Sultanovun 70 illiyinə həsr olunmasının səbəbi də məhz budur”, - deyə V. Mühacirova bildirib.

Qeyd edək ki, Sultanov Sabir Kərim oğlu 22 iyul 1946-cı ildə anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilib. Burada işgüzarlığı və zəhməti sayəsində aparıcı səhnə ustalığına qədər yüksəlib.

Məlahətli səsə, güclü plastikaya və məharətli aktyorluq bacarığına malik olub. Həm rus, həm də azərbaycan bölmələrində müxtəlif tamaşalarda əsas rolların ifaçısı olub. Sabir Sultanov klassik və müasir bəstəkarların əsərlərində bir sıra özünəməxsus obrazlar yaradıb.

Aktyor eyni zamanda “İşarəni dənizdən gözləyin”, “Meyl”, “Gecə qatarında qətl”, “Yaşıl eynəkli adam-2”, “Nigarançılıq” bədii və televiziya filimlərində müxtəlif rollarda çəkilib. Sabir Sultanov 2010-cu il 13 yanvar tarixində Bakı şəhərində vəfat edib.


Turan

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031