manera.az
manera.az

Professor Yuri Qoryaçov BSU-da mühazirə oxudu _MANERA

Professor  Yuri  Qoryaçov BSU-da  mühazirə oxudu _MANERA

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” Beynəlxalq multikulturalizm qış məktəbində mühazirəçi kimi Bakıya səfər edən Beynəlxalq “Etnosfera” millətlərarası təhsil mərkəzinin sədri, Moskva Açıq Təhsil İnstitutunun professoru Yuri Qoryaçov Bakı Slavyan Univeristetinin qonağı olmuşdur.

Görüş zamanı Beynəlxalq “Etnosfera” mərkəzi və Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizmi kafedrası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Professor Qoryaçov Azərbaycanda tolerantlığın bütün dünya üçün örnək olduğunu vurğulamış, multikulturalizm və tolerantlıq dəyərlərini yaşadan BSU-nun fəaliyyətini və burada Azərbaycan Multikulturalizmi kafedrasının yaradılmasını yüksək qiymətləndirmiş, imzalanan müqavilənin əhəmiyyətini xüsusi vurğulamış və yeni qurulan əməkdaşlığın perspektivlərindən söz açmışdır.

Universitetin rektoru Asif Hacıyev Azərbaycandakı mültikultural mühit, təhsil sahəsində aparılan islahatlar, BSU-nun beynəlxalq əlaqələri barədə məlumat vermiş və imzalanmış müqavilənin gələcək əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd etmişdir.

Görüş çərçivəsində professor Yuri Qoryaçov əcnəbi və yerli tələbələr üçün “Rusiyanın təhsil sistemində multikulturalizm məsələləri” mövzusunda mühazirə oxumuşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31