manera.az
manera.az

Bu şeir sənin biletin olsun, al, qaç... - MANERA.AZ

📅 27.10.2016 12:30

Bu şeir sənin biletin olsun,  al, qaç...  - MANERA.AZ
Fuad Cəfərli


Günlər sonra

Gözlərimi yumub divara toxunanda
yəhudiləri anladım.
Anladım ki,
lal divara üzünə toxunurmuş kimi toxunmaqmış
əslində ayrılıq;
Anladım ki sən demə bütün Yahudilər
Ağıllı olduqları qədər də tənhaymış...

Üzü Siqaret Tüstüsünə

Qocalıb geriyə baxanda
bir gəncin manifestini
görmək istəmirsənsə
bu şeir sənin biletin olsun,
al, qaç -
sonuncu sərnişin kimi min uzaqlara...
İsmi təyyarələr olan uzaqlara,
Birdə gəlmə,
xəyalların disident olduğu buralara...

Buralarda
boyu uzun olan arzuları vurururlar,
5 mərtəbəni keçməsin deyə.

Şəkərlər də baramaq arasında,
Üzü siqaret tüstüsünə,
çay buxarı azmış kimi...
Mən bir bazar siyhısına büküləcəm
Hec olmasa səni serroza bükməsinlər.

Aldatmasın səni göydələnlər,
Onların üzündə böyüdücü var.
Əslində sandığın qədər uca deyillər...

Gözümə düşən Ay

Gecə idi, yenə olmayan səkiylə
məni yoxuşda gözləyən evimə gedirdim.
Yollar göz yaşlarından sonra
qadın yanağını xatırladırdı...
Külək də sanki müdir bağırtısı kimi
qulaq batırırdı.
Əlimdə yeni yazdığım
"Səhər küləyi" adlı hekayə,
Göydə isə
hamının yoluna, mənimsə gözümə düşən
ay var idi...
və birdə talehin rüzgarla göndərdiyi
pay var idi;
Sən demə,
bir qadın yanağını silmək üçün yazlmışdı hekayəm...



Baxış sayı - 2 262 | Yüklənmə tarixi: 27.10.2016 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031