manera.az
manera.az

İtlər insana niyə bağlı olur? - Araşdırma

📅 14.10.2016 14:30

İtlər  insana niyə bağlı olur? - Araşdırma
ABŞ alimləri itlərin insanlara bağlılığının sirlərini araşdırıblar.

MANERA.AZ “Vista News” saytına istinadla xəbər verir ki, araşdırmaların əsas məqsədi “dördayaqlı” dostlarımızın təriflə qida arasında nəyə daha çox üstünlük verəcəklərini öyrənmək olub.

13 itin cəlb edildiyi tədqiqatlardan bəlli olub ki, sahibləri heyvanlar üçün sadəcə qida mənbəyi və ya sığınacaq deyil.

Bir çox canlıdan fərqli olaraq, itlərin sahiblərindən isti münasibət gördükdə yeməkdən belə imtina edə biləcəkləri sübut olunub. Belə ki, araşdırmalar zamanı hər heyvana tədqiqat otağındakı fiqurlardan birini seçmək əmr edilib.

Seçim müqabilində onlar yeməklə və təriflə “təltif olunublar”. Seçim arasında qalan itlərdən çoxunun tərif üçün yeməkdən imtina etdikləri müşahidə olunub.


Baxış sayı - 1 778 | Yüklənmə tarixi: 14.10.2016 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031