manera.az
manera.az

Quşlar niyə dəstə şəklində uçur? - ARAŞDIRMA

📅 30.08.2016 12:26

Quşlar  niyə dəstə şəklində uçur? - ARAŞDIRMA
İsveçin Lund Universitetinin alimləri quşların uzaq məsafəni niyə dəstə ilə uçduqlarını araşdırıblar

MANERA.AZ “Naked Science” saytına istinadla xəbər verir ki, quşların yırtıcılardan qorunmaq məqsədilə dəstə şəklində uçduqları artıq bəllidir. Lakin yeni araşdırmalar zamanı məlum olub ki, onlar dəstə şəklində daha sürətli uçurlar.

Bir dəstədə olan quşların sayının, sürətinin və fərdi xüsusiyyətlərinin araşdırılması zamanı əldə edilən məlumatların geniş təhlilindən sonra elm adamları gözlənilməz nəticə ilə qarşılaşıblar. Bəlli olub ki, quşlar fərdi uçuşdan fərqli olaraq, qrup şəklində həqiqətən daha tez uçurlar. Dəstədən geri qalan zəif quşların “liderlər”in uçuş zamanı əmələ gətirdikləri burulğandan istifadə edərək ona çata bilmələri ekspertlərin marağına səbəb olan yeganə ehtimaldır.


Baxış sayı - 2 413 | Yüklənmə tarixi: 30.08.2016 12:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031