manera.az
manera.az

Ramazan ayında qidalanma | MANERA.AZ

Ramazan ayında qidalanma | MANERA.AZ

Ramazanda bir ay müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.
Oruc tutmağın həm də orqanizmə faydalı olduğu deyilir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Çünki insanların əksəri səhər yuxudan durmağa tənbəllik edirlər, iftarda isə həddindən çox qida qəbul qida qəbul edirlər. Bu, yolverilməzdir! Xüsusilə, Ramazan ayı yay fəslinə təsadüf etdikdə, daha diqqətli olmaq məsləhətdir. Buna görə də mütəxəssislər aşağıdakı şəkildə qidalanmağı məsləhət görürlər:

1. Üç dəfəyə qidalanın
Mütləq 3 dəfəlik qida norması həyata keçirilməlidir. Bunlar 2 böyük və 1 kiçik paya ayrılmalıdır. Bəziləri Ramazanda imsaq yeməyini ümumiyyətlə yemirlər. Bu isə az qidalanmaya görə orqanizmin müqavimətinin azalmasına, metabolizmanın sürəti azaldığı çəkinin artmasına səbəb ola bilər. Qəbul edəcəyiniz qidaları 3 yerə bölüb yeyin . Yəni imsaqdan sonra iftarı iki mərhələdə qəbul edin. İftar zamanı bir dəfəyə ağır və enerjili qidaların qəbulu doğru hesab olunmur

2. İmsaqı yüngül edin
İmsaq süfrənizdə insanı daha uzun zaman tox saxladığı üçün zülal tərkibi yüksək yumurta və pendir mütləq olmalıdır. Pomidor və göy-göyərti də süfrədə yer almalıdır.
Lifli qidalar qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə məsləhət deyil. Çünki qandakı şəkəri ani surətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. Yediyiniz pendir və zeytunun duzuna da fikir verin.

3. Sürətli yeməyin
Orucu su, xurma, zeytun və şorbayla açmaq, yarım saat sonra əsas yeməyə keçmək daha düzgündür. Qısa fasilə vermək qan şəkərini yüksəldib, toxluq yaradır. Əsas yeməkdə ət, toyuq, balıq, şorba, ətli və ya zeytun yağında bişirilmiş səbzəyə üstünlük verin.

4. Şirin qidalardan istifadə edin
Yeməkdən 1-2 saat sonra meyvə və ya şirin çörək yeyin. Amma qəbul olunacaq şirin qidanın şərbətli, xəmirli və qızartma olmamasına diqqət edin. Xüsusilə mövsümi meyvələrindən hazırlanan qidalar daha düzgün seçim olar.

5. Lifli qidalardan istifadə edin
İftarda və ya imsakda çox yağlı, çox duzlu qidalardan çəkinin. Çünki bu qidalar gün ərzində daha çox susamanıza və su qəbul etmədiyiniz üçün də yüksək təzyiqə, şiş kimi problemlərə səbəb olur. Bunların əvəzinə mədə-bağırsaq sistemində uzun müddət qala bilən və həzmi rahat olan lifli səbzələr, o cümlədən pomidor, xurma və ya təzə meyvələr yeyin.

6.Daha çox çeynəyin
İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Səhhətiniz üçün uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələrlə yavaş-yavaş və uzun müddətə yeyin.

7. Qızartma yeməyin
Ətləri sobada və ya közdə tam bişirin. Bu şəkildə bişirilən ət daha yaxşı həzm olunur. Ətli səbzə yeməklərini bişirərkən yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin.

8.Su itkisinə diqqət
Yay aylarında tərləmə maye itkisini yüksəldir. Sudan əlavə evdə hazırlanmış az şəkərli limonad, ayran, kompot kimi içkilər faydalıdır. İftardan imsaka qədər ən azı 12-15 stəkan su için. Çay və qəhvə kimi mayelərdən çəkinin.

9. İftardan sonra gəzin
İftardan 1,5-2 saat sonra sakit templə gəzməyiniz həzmə yardımçı olar. Eyni zamanda, bu addım zəifləyən metabolizmanızı də sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031