manera.az
manera.az

Dünya şöhrətli alimimizlə görüş olacaq - MANERA.AZ

📅 27.09.2016 20:00

Dünya şöhrətli alimimizlə görüş olacaq  - MANERA.AZ

Sentyabrın 28-də, saat 14:00-da Qərb universitetində dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyevlə görüş təşkil olunacaq.

“Elmlərin konvergensiyasi: gözlənilməz nəticələr” mövzusunda keçiriləcək tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edəcək.

Məsud Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi kiçik Nobel mükafatı sayılan “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlıdır.

1994-cü ildən Almaniyada yaşayan alim Münhen, Ştutqart, Berlin kimi nüfuzlu universitetlərdə dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində ”Dinamik sistemlər” şöbəsinin müdiridir.

2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Scionce – JSPS” təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir.

Ünvan: İstiqlaliyyət küç.31
Əlaqə: (012) 492-61-63, (050) 999-1991



Baxış sayı - 1 530 | Yüklənmə tarixi: 27.09.2016 20:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031