manera.az
manera.az

Endrü Con Uayls Abel mükafatına layiq görülüb MANERA

📅 17.03.2016 11:46

Endrü Con Uayls Abel mükafatına layiq görülüb MANERA
“Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına britaniyalı alim Endrü Con Uayls layiq görülüb.

Naked-science.ru saytının məlumatına görə, Abel mükafatı 2003-cü ildən başlayaraq hər il müasir riyaziyyat elmi sahəsində fundamental nəticələr əldə etmiş görkəmli alimlərə verilir.

Mükafat alimə 1994-cü ildə təqdim etdiyi Böyük Ferman teoreminin sübutuna görə verilib. Teoremi sübut etmək üçün tədqiqatçı tərəfindən elliptik əyrilərin nəzəriyyəsi tətbiq edilib. Alimin riyaziyyat elminə verdiyi bu töhfə gələcək elmi nəticələrin əldə olunmasına geniş imkanlar yaradır.

Pul ekvivalenti 700 min dollar təşkil edən bu mükafatın təqdimetmə mərasimi bu il mayın 24-də Norveçin paytaxtı Osloda olacaq.

Qeyd edək ki, hazırda Endrü Con Uayls İngiltərənin Prinston Universitetində riyaziyyat üzrə professordur. O, Böyük Ferman teoremini sübut etməyə ilk dəfə hələ on yaşı olanda təşəbbüs göstərib.


Baxış sayı - 1 882 | Yüklənmə tarixi: 17.03.2016 11:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930