manera.az
manera.az

dünya sənin içinlə yeriyəndə şeirdi... - MANERA.AZ

📅 24.09.2016 21:40

dünya sənin içinlə yeriyəndə şeirdi... - MANERA.AZ
[u][b]ƏhmədQəşəmoğlu
Əhməd Qəşəmoğlu

***
günəşin özü şeir deyil hələ,
şeir onun istisidi, işığıdı.
dənizin özü şeir deyil hələ,
şeir onun nəfəsidi, nəğməsidi.
sevgilimin özü şeir deyil hələ,
şeir onun ilqarıdı, vəfasıdı...
xəyallarım bulud-bulud
taleyimin dünyasında –
şeir onun şimşəyidi.
dərin suların dibindən
qaynayıb qalxan bulaq şeirdi...
sən yazmasan,özü gəlsə,
yeni dünyalar gətirsə,
səni də heyran eyləsə,
şeirdi.
söz işığa bələnəndə,
çiçəkləyəndə
haqqın özündən gələndə, şeirdi.
dünyanın içi ilə yeriməyə nə var ki,
dünya sənin içinlə yeriyəndə
şeirdi.


Baxış sayı - 1 674 | Yüklənmə tarixi: 24.09.2016 21:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930