manera.az
manera.az

Növbəti nəşr layihəsinin təməlini qoyuldu| MANERA.AZ

📅 23.09.2016 10:30

Növbəti nəşr layihəsinin təməlini qoyuldu| MANERA.AZ
Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub.

Səfir məşhur Argentina uşaq yazıçısı Mariya Elena Uolşun “Cuentopos de Gulubú” (“Qulubunun nağılları”) və “Dailan Kifki” (“Daylan Kifki”) kitablarını, həmçinin Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərini Azərbaycan dilinə tərcümə və nəşr edilməsi üçün Mərkəzin direktoru Afaq Məsuda təqdim edib.

İki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatlararası mübadilələrin xüsusi rolunu qeyd edən səfir adıçəkilən kitabların Azərbaycan oxucusunun marağına səbəb olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, cari ilin may ayında səfirliklə Mərkəzin ilk birgə layihəsi olan Adolfo Bio Kasaresin “Morelin ixtirası” əsəri Azərbaycan dilində işıq üzü görmüşdü.


Baxış sayı - 1 509 | Yüklənmə tarixi: 23.09.2016 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031