manera.az
manera.az

Gənc aktyorlar “Yol kənarı”nda

📅 10.09.2016 10:30

Gənc aktyorlar “Yol kənarı”nda
Bakıda “Yol kənarı” adlı bədii filmin təqdimatı olub. Ekran əsəri gənc rejissor Anar Qasımovun quruluşunda təqdim edilib.

“Filmin əsas mövzusu, gəncləri qumar və bu tipli oyunlardan uzaqlaşdırmaqdan ibarətdir. Bu filmdə yolun kənarında yaşayan, kimsəsiz birinin özü kimi bir gəncə kömək etməyə çalışmasından bəhs edilir. Sonda öz həyat yolu yarımçıq qalsa da, gəncin həyatını xilas edə bilir”, - deyə filmin rejissoru Anar Qasımov a bildirib. Ekran əsərinin ssenari müəllifi Anar Qasımovdur.

Tərbiyəvi və maarifləndirici əhəmiyyət daşıyan ekran əsərində rollara gənc aktyorlardan ibarət heyət - Ruzi Qasımzadə, Azad Hüseynli, Pərviz Nəbiyev, Vüsalə Məmmədova, Kamran Mustafayev, Əli Əhmədli, Məmməd Məhərrəmov, Kənan Qasımlı və başqaları çəkilib.


Baxış sayı - 1 483 | Yüklənmə tarixi: 10.09.2016 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031