manera.az
manera.az

“Kinomuzda Anar fenomeni” - YENİ NƏŞR - MANERA.AZ

📅 28.12.2015 11:25

“Kinomuzda Anar fenomeni” - YENİ NƏŞR - MANERA.AZ
“Elm və təhsil” nəşriyyatında tanınmış kinoşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun “Kinomuzda Anar fenomeni” adlı kitabı nəşr olunub.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.

Müəllif bu yeni kitabında görkəmli Xalq Yazıçısı, kino xadimi Anarın ssenariləri əsasında onun özünün və digər rejissorların çəkdikləri həm sənədli, həm də bədii filmləri geniş təhlil edib, onun Azərbaycan ekran sənətinə gətirdiyi yenilikləri, film yaratmaq məharətinin, ekran estetikasının prinsipial xüsusiyyətlərini araşdırıb, “kinematoqrafçı Anar” fenomeninin mahiyyətini açıqlayıb. Əlisəfdər Hüseynov, ümumiyyətlə istər ssenarist, istərsə də rejissor kimi Anarın kino tariximizdəki yerini müəyyənləşdirməyə çalışıb, elmi-nəzəri əhəmiyyət daşıyan bir sıra mühüm nəticələrə gəlib.

Kitabın sonunda kino estetikasının müxtəlif problemləri ətrafında Anarla geniş müsahibə verilib.


Baxış sayı - 1 505 | Yüklənmə tarixi: 28.12.2015 11:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031