manera.az
manera.az

Yeni komediya filmi çəkilib... -MANERA.AZ

📅 10.09.2016 09:54

Yeni komediya filmi çəkilib... -MANERA.AZ
Bakıda “Məlikməmməd və Ziba” adlı yeni komediya filmi çəkilib.

MANERA.AZ xəbər verir ki, komediya janrında ekranlaşdırılan filmin müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur.

Filmin çəkilişləri Mingəçevir və Bakı şəhərlərində aparılıb. Komediyanın süjet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, gülüş doğuran, komik vəziyyətlərdən ibarətdir. Məlikməmməd adı klassik nağıllarımızda olan cəngavər obrazını xatırlatsa da, bu filmin baş qəhramanı Məlikmməməd heç bir işdə uğur qazanmayan və ömrü boyu milyonçu olmağın yolunu axtaran obrazdır.

Ekran əsərində baş rolda aktyor Nofəl Şahlaroğlu, digər rollarda Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artist Əzizağa Əzizov, aktyorla Qorxmaz Əlilicanzadə, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, Rəşid Səməndər və başqaları çəkilib.

Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.


Baxış sayı - 1 684 | Yüklənmə tarixi: 10.09.2016 09:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930