manera.az
manera.az

İstanbulda mütləq görülməli yer - KIZ KULESİ

İstanbulda mütləq  görülməli yer -  KIZ KULESİ
İstanbula yolu düşənin mütləq görməsi lazım olan yerlərdən biridir "Qız qalası" . Keçmişi 2500 il əvvələ gedib çıxan bənzərsiz qala, İstanbulun tarixi ilə bərabər yaşamış, şəhərin yaşadıqlarına şahidlik etmiş günümüzə qədər gəlmişdir.

1995 –ci ildə bərpa işlərinə başlanmış minlərcə illik sirli bir tarixə sahib bu özəl məkanı, ənənəvi memarlığna bağlı qalaraq tamamlanmış 2000 –ci ildə ziyarətçilər tərəfindən ziyarət edilməyə başlanmışdır.

Gündüzlər kafe-restoran, axşamlar isə özəl restoran olaraq yerli və xarici ziyarətçilərə xidmət göstərən "Qız qalası", toy, yığıncaq, iş yeməyi kimi bir çox özəl dəvət və tədbirlərə də ev sahibliyi edir.

Qala haqda yaranan əfsanə

Bir gün Bizans imperatorunun qız uşağı dünyaya gəlir. İmperator qızının doğum gününü bayram elan edir, irəliləyən vaxtlarda alimlərin ən yaşlısı imperatora, qızının 18 yaşına girmədən bir ilan tərəfindən sancılıb öləcəyini xəbər verib imperatoru çox məyus edər. Bunun üzərinə, dənizin ortasındakı ada üzərindən bir yer alıb qala inşa etdirir və qızını buraya yerləşdirər, aradan illər keçir.

İmperatorun qızı on səkkiz yaşına girən zaman, qalaya göndərilən üzüm səbətindən bir ilan çıxar və ilan imperatorun qızını sancaraq öldürər. Qızının ölümünə çox üzülən imperator qismətdən qaçılmayacağını anlayır.

Qızı torpağa basdırılarsa, ilanların onu rahat buraxmayacağını düşünərək, qızını mumyaladıb düyü tabut içərisində Ayasofyanın yüksək divarlarından birinin üstünə yerləşdirilməsini istəyər. Beləliklə, heç olmasa qızının ölüsü ilanlardan qorunacaqdır.

Bu gün, tabutun üstündə iki dəlik olduğu üçün ilanın şahzadəni, ölümündən sonra da rahat buraxmadığı rəvayət edilir.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031