Əgər qadın olmasaydım…-Şeirlər |MANERA.AZ
Manera.az Aygün Səfərlinin şeirlərini təqdim edir:
Bayramdan-bayrama
Ay bölünüb oldu yarı,
Yada düşdün gecə yarı,
Bir halımı yoxla barı,
Gəlib bayramdan-bayrama.
Hey gözlədim qonağımı,
Həsrətdən al sorağımı,
Sənsiz solan yanağımı,
Boya bayramdan-bayrama.
Dönsəm uşaqlıq ilinə,
Bir yaylıq atsam evinə,
Ürəyimi qoy içinə,
Qaytar bayramdan-bayrama.
Əgər qadın olmasaydım…
Əgər qadın olmasaydım,
Nələr qurub yaratmazdım.
Daş hörüklü çin səddi tək,
Arzulara səd qoymazdım.
Ömür gedir yüz səhnədə ,
Səf doğuldum,ilk pərdədə.
Qadınllğın ağır adı,
Yıxdı məni hər pillədə.
Çağlayardım çaylar kimi,
Ucalardım dağlar kimi.
Bəzəyərdim iqbalımı,
Çiçəkləyən bağlar kimi.
Əgər qadın olmasaydım…
***
Balıqçı
Söykənib qayığa qumsal sahildə,
Dalıb xəyallara kasıb balıqçı.
Arzusun tor edib atlb dənizə
Gözünü torlardan asıb balıqçı.
Sadə həyatından ötüşür zaman,
Bir azdan üfüqdə söküləcək dan.
Yandırıb tütünün çəkir anbaan.
Zəhmətin ömrünə yazıb balıqçı.
Alnı qırışdanmış ,əli qabarmış,
Günəşdən,küləkdən üzü qabarmış.
Yorulub qayığda yuxuya dalmış,
Papağın gözünə basıb balıqçı.
Qırılmaz umudu, böyükdür güman
Aparlb meylini dərin bir umman
Deyirlər ötən il, çöküb kor duman,
İki gün dənizdə azıb balıqçı.
Dalğalar daranıb yosunu yolmuş,
Uzun çəkməsinə qumlu su dolmuş,
Dünənki ovunda balığı bolmuş
Bu gün də torunu aslb balıqçı .
***
Mən gercək hekayə yazdım
Ən böyük yalan kimi.
Nə çıxıb getdin ağlımdan
Nə qaldın,qalan kimi.
Sən aldın mənim canlmı
Əzrail alan kimi.
Sənsiz yenə doldu könlüm
Göy üzü dolan kimi.
Mən çox uzun bir yol aldım
Sən ordan dönuk kimi.
Mən bir şam oldum,alışdım
Sən orda sönük kimi.
Sən mənim al sərabımda
Yalancı köpük kimi
Məhbus qolunda ağlayan
Bir dəmir hörük kimi.
Mən gerçək hekayə yazdım
Ən böyük yalan kimi.
***
Soyuq qış gecəsi alıb apardın,
Apardın sən onu de, hara yollar.
Görünmür izləri yağıslar yumuş,
Qaytarın siz onu, qaytarın yollar.
Bu necə səbirdi, dözümdü səndə,
Bu necə yuxudur, yozumdu səndə,
Həsrətin özüntək uzundu səndə,
Qaytarln siz onu, qaytarın yollar.
Dərdimə ah çəkdi dumanlı dağlar,
Yoldu çiçəyini bağcalar- bağlar,
Dəfnə də,yarpağın saraldıb ağlar
Qaytarln siz onu, qaytarın yollar.
Küsüb şeirlərim nazlanıb indi,
Onsuz al günəşim buzlanıb indi,
Palcıqlı yollar da tozlanıb indi,
Qaytarın siz onu, qaytarın yollar.
Mürəkkəb tükəndi, qələm yoruldu,
Gözüm gah yumulub, gah da ovuldu,
Ay da parcalanıb hilal doğuldu,
Qaytarın siz onu, qaytarın yollar…