manera.az
manera.az

Oscar Film Festivalı keçiriləcək - Bakıda

 Oscar Film Festivalı keçiriləcək - Bakıda
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Bakı Oskarı"2 qısametrajlı film festivalı keçiriləcək.

Layihənin rəhbəri Bəylər Ağayev MANERA.AZ-a bildirib ki, peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək film festivalında həvəsi olan hər bir şəxs öz filimini çəkərək festivala qatıla bilər. Layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir.

3 gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film peşəkar münsiflər heyyəti tərəfindən seçiləcək. Dini,siyasi və qeyri etik mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, "Ən yaxşı aktrisa", "Ən yaxşı aktyor", "Ən yaxşı ssenarist", "Ən yaxşı operator" seçilərək "Bakı Oskarı" nominasiyaları üzrə mükafatlandırılacaq.

Xatırladaq ki, Bakı Oscar Film Festivalının rejissoru Elmar Mammadov bildirib ki, Bakı Oscar Film Festivalı 2015-ci ildə də, keçirilmiş və çox böyük maraqla qarşılanmışdır. Baki Oscar 2 Film festivalı üzərində işlər gedir və bu dəfə daha da marağa səbəb olacağını xatırladıb.

Müsabiqəyə təqdim edilən material:

- HD formatında olmalıdır.
- Yazılışı və səsləndirilməsi dəqiq olmalıdır.
- Doldurulmuş anket 31 avqust 2016-cı il tarixinədək təşkilat komitəsinə təqdim olunmalıdır.
Mükafatlandırma mərasimi 2016-cı ilin sentyabr ayında keçiriləcək.
Materiallar aşağıda qeyd olunan ünvana təqdim olunmalıdır:
Filimləri qeyd olunan gmail ünvanına göndərə bilərsiz (Ad,Soyad, Filmin adı və elaqe nömrəvizlə)

Elektron ünvan: bakioskari@gmail.com
https://www.facebook.com/BakiOskari

Mükafatlandırma mərasimi 2016-cı il sentyabr ayında reallaşacaq.

Qeyd edək ki, festivalın rəsmi informasiya dəstəkçisi AZXEBER.COM-dur.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031