manera.az
manera.az

Qoy gəlim yanına gizlicə Allah... -ŞEİRLƏR

Qoy gəlim yanına gizlicə Allah... -ŞEİRLƏR
MANERA.AZ
Xələf Azəri

Dilə sən

Çox ağlamaq , insan ömrün azaldır,
Nə deyim ki, bircə dəfə güləsən?
Günəş olub parlayasan hər səhər,
Dost olasan hər çiçəyə, gülə sən.

Ömür keçə, yenə dönə o günlər,
Xoşbəxt aya, günə dönə o günlər.
Mən sevdiyim sənə dönə, o günlər,
Sən , sən olub, bizə qonaq gələsən.

Arzun oldum, çin olmadım, bağışla,
Saçlarında dən olmadım, bağışla,
Məndə sənsiz mən olmadım, bağışla,
Nə çəkirəm? kaş ki, özün biləsən.

Daha gecdi, at adımı dilindən,
Ocaq sönüb, nə gəzirsən külündən?
Çalış mənim izlərimi əlindən,
Nəfəsimi dodağından siləsən.

Toza çıxdı, hansı dağı ələdim,
Qismətimi göy əskiyə bələdim.
Sənə ömür, xoş arzular dilədim,
Gəl mənə də bir xoş ölüm dilə sən!!

Səni istəyir

Yollarına boylanıram hər axşam,
Kor olubdu gözüm səni istəyir.
Ucalanda göy üzünə fəryadım.
Kəlməm səni, sözüm səni istəyir.

Qərib qalıb bağçamızda bir çiçək,
Boynu bükük, qəlbi qırıq, yetimtək.
Tor üstündə bəslədiyin hörümçək,
Bu ot basan izim, səni istəyir.

Qəm üstündə koklənmişəm bu səhər,
Ağılarla bəslənmişəm bu səhər.
Mavi bulud, yağan yağış, boş şəhər,
Dağım, dərəm, düzüm səni istəyir.

Dağılmışam, fikrim ,hissim dərbədər,
Gülər üzüm sənsiz olub qəm , kədər.
Göz yaşımdan, suya dönən cümlələr,
Ağ vərəqdə yazım , səni istəyir.

Kədər məni daşa basıb bu evdə,
Yağmalayıb, kəsib ,asıb bu evdə,
Dön geriyə!! sənsiz ,kasıb bu evdə,
Çoxum səni , azım səni istəyir.
Kor olubdu gözüm, səni istəyir.


Ayrılıq

Ayrılıq nə yaman çətin olurmuş,
Budaqdan inciyən quş barışaydı.
Küskün xəyalların, qəmli günlərin,
Basıb ürəyinə daş, barışaydı.

Gecikmiş yolçudan, qonaqdan küsən,
Şaxtadan beziikən, sazaqdan küsən.
Kirpikdən od alıb, yanaqdan küsən,
Gözlərdən süzülən yaş , barışaydı.

Bir ömrü yolundan saxlayıb gedən,
Bir qəlbin qapısın bağlayıb gedən.
Ruhuma yas tutub ağlayıb gedən
Kaş geri dönəydi, kaş barışaydı.

Gülüm

Dərdimə dərmanım tapılmaz yəqin,
Halımı pərişan eləsən gülüm.
Deyirlər zülm etmək ayrılıq salır,
Qorxma ayrılıqdan elə sən gülüm.

Uyma tənələrə,yalan sözlərə,
Dəyişən dillərə,gülən üzlərə.
Məni dəli edib salsan düzlərə,
Nə cavab verərsən elə sən gülüm?

Səndə göz oxşayan gözəllik qamət,
Nə ağır təbiət,nə gözəl surət.
Şeytanda,mələkdə olmaz bu curət,
Şeytanda,mələkdə elə sən gülüm.

Xələfəm o təmiz,o ülvi sevgin,
O qədər qəlbimə kəsildi hakim.
Yüz il bundan sonra deyərdim yəqin,
Sən mənim gözümdə, elə sən gülüm.

Unudacaqsan

Deməki unutmaq dərd olar sənə,
Bu dərdi , kədəri unudacaqsan.
Atdığım addımı, qoyduğum izi,
O yolu, o yeri unudacaqsan.

Bilmədin zamanla barışmaq nədir?
Bilmədin küsmək nə,barışmaq nədir?
Səndən xoş xəyallar soruşmaq nədir,
Bəlkədə illəri unudacaqsan.

Pozulmaz ilqarı, danılmaz sözü,
Qırılmaz ümidi, bükülməz dizi.
Sənin həsrtəindən kor olan gözü,
Uzanan əlləri unudacaqsan.

O xoş arzuları pozub, əl qatıb.
Yandırıb, öldürüb, satıb aldadıb.
Bir səhər oyanıb, bir axşam yatıb,
İnan ki, sən məni unudacaqsan
Bir az səbr eləsən, bir az ovunsan.
Mən boyda kədəri unudacaqsan.

Bir şeir adı oxudum
"Allahın balaca qızı"

Soyuq qar üstündə körpə meyidi,
Mavi gözlərində ümidlər yatır.
Bu ölü körpənin,ölü baxışı,
Hələdə insanda ümid oyadır.

Baxırsan xəyallar aparır səni,
Bəlkə ölməyibdir bəlkə diridir,
Üç ayliq körpənin bu qış günündə,
İntiqamı nədir,günahı nədir?
Görəsənbukörpə kimə nə etdi?
Silahmı qaldırdı,Kəlməmikəsdi?
Hələ anasözündeyə bilməmiş,
Başında ölümüntufanı əsdi.

Nə sakitmənzərə,nə sakitsükut,
Anabirtərəfdə,körpədə obir.
Ana öz qızına süd verə bilmir,
Anadan balaya qan arxı gedir.

Ay körpə üz daha ümidlərini.
Ananın əlləri sənə çatmıyar,
Alıb kəfənini,qazıb qəbrini,
Səninçün ediblər əbədi məzar.

Gələndə günahsız gəldin dünyaya,
Məzara günahsız getdin,qoyuldun.
Dünən öz ananın şirin qızıydın,
Bu gündə Allahın bir qızı oldun.

Allah

Nədənsə soyumuşam özümdən bir az,
Nədənsə gözümə yad görünürəm.
Özümə çatmağın yolun tapmıram,
gah çaba göstərrəm, gah sürünürəm.

Oyuncağı qırılan uşaq kimiyəm,
Ağlasam göz yaşım , üzümə çatmaz.
Nədənsə özümdən uzaq kimiyəm,
Uzatsam Əlimdə özümə çatmaz.

Qəlbimdən beynimə yol başlamışam,
Bir işıq lazımdı tuta bilmirəm.
Qəlbim uçub gedir sonsuzluqlara,
Nə edim mən ona çata bilmirəm.

Divarlar məzara dönüb elə bil,,
Necə kədərlidir bu gecə Allah.
Qaçım qaça bilsəm, özmüdən bu gün,
Qoy gəlim yanına gizlicə Allah.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031