“ Kənddə sonuncu yəhudi” - MANERA.AZ
![]()
May ayının 17-nın 31-dək İsraildə-Afula şəhərində Near Nazaret Film Festival keçiriləcək.
Festivalın əsas məqsədi-xalqlar arasında qarşırıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət etməkdir.
Festivalda 65 ölkənin nümayəndəsi iştirak edəcək.
MANERA.AZ xəbər verir ki, “Kənddə sonuncu yəhudi” sənədli filmi festivalın əsas-konkurs proqramına daxil edilib.
FİLMİN QISA MƏZMUNU: 19-cu əsrin əvvələrində,Şamaxı zəlzələsindən sonra yəhudilər Mücü kəndindən köçərək,indiki İsmayıllı rayonunun ərazisində-Mücü-Həftaran kəndini yaradırlar.Sonradan əhalinin bir hissəsi-Bakıya,digərləri Göycaya köcürlər.Sovet dövrü və Sovet dağılandan sonra ölkəni tərk edərək-İsrailə köcürlər.İndi orada yeganə bir yəhudi qalıb-Meir Manaşirov.Onun 83 yaşı var.Bacı-qardaşları,övladları İsraildə,Amerikada yaşayırlar.O isə getmir.Uşaqları,qahum-əqraba ondan küsür ki,niyə orada tək yaşayırsan? Köç-gəl bura. O isə deyir ki,mən bu torpağı,valideyinlərimi atıb getməyəcəm.Bax belə yaşayır...Meir.
Xronometraj-32 dəqiqə
Rejissor-Rüfət Əsədov
Ssenari müəllifləri: Vaqif Azəryar, Rüfət Əsədov
Operator: Yuri Varnovski
Montaj: Vüsal Nazimoğlu
Səs rejissoru: Pərviz Ramizoğlu
Prodüserlər: Oleg Harencar, Rüfət Əsədov
Film “PİCMUS PRODUCTİON”(Azərbaycan) və “PROMETHEUS PRODUCTİON” (ABŞ)-ın birgə istehsalıdır. 2015-ci il.
Bundan əvvəl film aprel ayının 9-dan 15-ə kimi Xorvatiyanın paytaxtı-Zagreb şəhərində keçirilən-10-cu FESTİVAL OF TOLERANCE-JFF-da iştirak edib. Festivalın prezidenti-2 dəfə “Oskar” (“ Şindler siyahısı” və “Qladiator”) filmlərinin prodüseri-Branko Lüstiq.
MANERA.AZ