manera.az
manera.az

Müsabiqədə qalib tərcümə |MANERA.AZ

Müsabiqədə qalib tərcümə |MANERA.AZ
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı tərcümə” nominasiyası üzrə münsiflərin səs çoxluğunu qazanaraq I yerin qalibi elan edilən Səidə Ruslanın tərcüməsində L.N.Tolstoyun "Çar oğlu və onun yoldaşları" hekayəsini təqdim edirik:
_________________________________
Çarın iki oğlu var idi. O, böyük oğlunu çox sevirdi və bütün məmləkəti ona vermişdi. Anasının isə kiçik oğluna yazığı gəldiyi üçün daim çarla mübahisə edirdi. Ona görə də Çarın anaya acığı tuturdu və hər gün dalaşırlar. Çarın kiçik oğlu fikirləşdi: “Yaxşısı budur ki, mən harasa çıxım gedim”. Ata- anası ilə halallaşdı, adi paltarlar geyindi və dünyanı gəzməyə çıxdı.

O bir tacirlə yoldaş oldu. Tacir Çar oğluna danışdı ki, əvvəlcə varlı olsa da, bütün malları dənizdə batmışdır və indi də xoşbəxtlik axtarmaq üçün yad ölkələrə gedir.

Onlar birlikdə yola düşdülər. Üçüncü gün onlara bir yoldaş da qoşuldu. Onlar söhbətləşəndə yeni yoldaşları nağıl elədi ki, o kəndlidir; evi və torpağı var idi. Lakin müharibə oldu, əkin sahəsi tapdaq altında qaldı, ev-eşiyini isə yandırdılar. Dolanacağı üçün heç bir şeyi olmadığından yad ölkələrə iş axtarmaq üçün gedir.

Onlar birlikdə yola düşdülər. Böyük bir şəhərə çatdılar və dincəlmək üçün oturdular. Kəndli dedi:

- Hə qardaş, indi biz gəlib şəhərə çatmışıq, gərək axtaraq, kim nə bacarırsa, bir işlə məşğul olaq.

Tacir dedi:

- Mən alver eləməyi bacarıram . Əgər mənim bir az pulum olsaydı, onunla alver eləyib xeyli qazanardım.

Çar oğlu isə dedi:

- Mən isə nə işləyə bilirəm, nə də alver eleməyi bacarıram. Əgər mənim bir məmləkətim olsaydı, orada yaxşıca çarlıq edərdim.

Kəndli isə dedi:
- Mənə isə nə pul, nə də çarlıq lazımdır, təki mənim ayaqlarım yerisin və əllərim işləsin- onda dolanaram, hələ sizi də yeizdirərəm. Amma sizin biriniz pul, biriniz də məmləkət gözləyənə qədər acınızdan ölərsiniz.

Çar oğlu dedi:

- Tacirə pul lazımdır, mənə məmləkət lazımdır, sənə isə işləmək üçün güc lazımdır; amma pul da, məmləkət də, güc də bizə Allah tərəfindən verilir. Əgər o istəməsə nə sənə güc verər, nə də mənə məmləkət verər.

Kəndli ona qulaq asmayıb şəhərə getdi. Orada odun daşıdı axşam ise zəhmətinə görə ona pul verdilər. O, pulu alıb yoldaşlarının yanına gətirdi və dedi:

–Siz çarlıq etməyə hazırlaşırsınız, mən isə artıq qazandım.

Ertəsi gün tacir kendlidən borc alıb şəhərə getdi. O bazarda öyrəndi ki, şəhərdə yağ çatışmır və hamı yağın gətirilməsini gözləyir. Tacir gəmilərin yan aldığı körpüyə getdi və gözləməyə başladı. Bir azdan yağ gətirən gəmi gəlib çatdı. Tacir hamıdan əvvəl gəmiyə girdi, sahibini tapıb bütün yağı aldı. Özünün zirəkliyi hesabına, kəndlidən aldığı puldan on dəfə artıq qazandı və yoldaşlarının yanına getdi.

Çar oğlu dedi:

-Hə, şəhərə getmək növbəsi indi mənimdir. Sizin hər ikinizin bəxtiniz gətirdi, ola bilsin ki, mənə də xoşbəxtlik nəsib oldu. Allahın əlində kəndliyə iş, tacirə pul, çar oğluna məmləkət vermək heç də çətin deyildir.

Çar oğlu şəhərə çıxdı. O gördü ki, camaat ağlaya-ağlaya küçə ilə gedir. Çar oğlu onlardan soruşdu ki, niyə ağlayırlar. Dedilər:

- Məgər bilmirsən ki, ötən gece bizim çar öldü? Biz bir daha belə bir çar tapa bilməyəcəyik.

- Axı o nədən öldü?

- Ola bilsin ki, onu bədxahlarımız zəhərləyiblər.

Çar oğlu güldü və dedi

- Bu cür ola bilməz.

Birdən adamlardan birisi çar oğluna diqqət verib gördü ki, o başqaları kimi danışmır və şəhər əhlisinin geyindiyi kimi geyinməmişdir. Qışqırdı:

- Uşaqlar! Bizim bədxahlarımız bu adamı göndəriblər ki, şəhərimiz haqqında məlumat öyrənsin. Ola bilsin ki, çarımızı da bunun özü zəhərləmişdir. Görürsünüz o bizim kimi danışmır, biz ağlayanda o gülür? Tutun onu, aparın zindana!

Çar oğlunu qamarlayıb zindana apardılar və iki gün ona yemək vermədilər. Üçüncü gün çar oğlunun ardınca gəldilər və onu məhkəməyə apardılar. Çoxlu adam yığışmışdı ki, çar oğlunun nece mühakimə edildiyini görsünlər.

Məhkəmədə çar oğlundan soruşdular ki, o kimdir və şəhərə niyə gəlmişdir.

Çar oğlu dedi:

- Mən çar oğluyam. Atam bütün məmləkəti böyük qardaşıma verdi, anam isə mənim tərəfimdə durduğu üçün hey onunla dalaşırdı. Mən isə bunu istəmədiyim üçün ata- anamla halallaşıb dünyanı gəzməyə çıxdım.Yolda mən iki yoldaşla rastlaşdım –tacir və kəndli ilə. Mən onlarla sizin şəhərə gəlib çıxdım. Biz şəhərin qırağında oturub dincələndə kəndli dedi ki, indi kim nə bacarırsa, elə də işləməlidir. Tacir dedi ki, o alver eləməyi bacarır, lakin pulu yoxdur; mən dedim ki, yalnız çarlıq etməyi bacarıram. Amma məmləkətim yoxdur, kəndli isə dedi ki, biz pul və məmləkət gözləyənə qədər acından ölərik. Onun isə qollarında güc vardır, həm özünü, həm də bizi yedizdirəcəkdir. Kəndli şəhərə getdi, pul qazanıb bizim üçün gətirdi.Tacir bu pullarla alver eləyib on qat qazandı. Mən də şəhərə gəldim, budur, məni tutub nahaqdan zindana saldılar və iki gün ac saxladılar. İndi isə cəza vermək istəyirlər. Mən heç nədən qorxmuram, çünki hər şeyin Allahın əlində olduğunu bilirəm. Əgər Allah istəsə, onda siz nahaqdan məni cəzalandıracaqsınız, yaxud da istəsə, məni çar seçəcəksiniz.

O bütün bunları danışandan sonra hakim susdu və bilmədi ki, nə desin. Birdən camaatın içərisindən bir adam qışqırdı:

- Bu çar oğlunu bizim üçün Allah göndərib. Biz bundan yaxşı çar tapa bilmərik! Onu çar seçin! Və hamı onu çar seçdi.

Çar oğlu çar seçiləndən sonra adam göndərdi ki, şəhər qırağındakı yoldaşlarını yanına gətirsin. Onlara deyəndə ki, çar onları yanına çağırır, çox qorxdular: fikirləşdilər ki, şəhərdə nə isə bir günah eləyiblər. Lakin heç bir yana qaça bilməzdilər, onları çarın yanına gətirdilər. Onlar çarın ayaqlarına düşdülər, lakin çar emr etdi ki, qalxsınlar. Onlar öz yoldaşlarını tanıdılar.Çar başına gələn hər şeyi onlara danışdı və dedi:

- Görürsünüzmü ki, mənim dediklərim haqdır? Pis, yaxşı – hər şey Allahdandır. Çar oğluna çarlıq vermək, tacirə pul vermək, kəndliyə iş vermək Allah üçün çətin deyildir.

O öz yoldaşlarını mükafatlandırdı və məmləkətində yaşamaq üçün saxladı.


Tərcümə: Səidə Ruslan,
Manera.az



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30