İnsanları öldürməyə nə var ki? MANERA.AZ
Ulucay Akif
Şəhidlərimizin ruhuna ithaf edilir
Bir güllə dənizə,
bir güllə buluda,
bir güllə də günəşə atın,
əgər gücünüz çatırsa onları da öldürün.
İnsanları öldürməyə nə var ki?
Qaz sobasında çaydan cızıldayır,
"Cəbhə xəttində atəşkəs yenə pozulub,
Atışma nəticəsində bir əsgərimiz şəhid olub,
Allah rəhmət eləsin" deyir xəbərçi qız.
Anam qulağını dartıb
əli ilə taxtanı tıqqıldadır,
Mənə baxıb əllərini göyə qaldırır.
Qaz sobasında çaydan cızıldayır,
Hövsələsi çatmayanlar kanalı çevirir.
Başqa evdə isə bir şəhid anası
Həmin o çaydanı devirir.
Elə bil çaydana da güllə dəyir.
Qapağı bir tərəfdə, suyu döşəmədə.
Ayaqları yox, ürəyi yanır ananın.
Su buxarlanır,
Çaydan cızıldayır,
MANERA.AZ