Məşhur yazıçını qatil edən adi rəvayət |MANERA.AZ
manera.az
Məşhur bir rəvayət yazıçı Uilyam Berrouzu öz arvadının qatilinə çevirir.
Daha dəqiq desək, orta əsrlərdə yaşamış isveçrəli məşhur atıcı olmuş Vilhelm Tellə bağlı bir rəvayət, yazıçını arvadının qatili olmağa “ilhamlandırmışdır”.
Vilhelm Tellə bağlı əfsanəyə əsasən, - “alman hökmdarına itaətsizlikdə günahlandırılan isveçrəli atıcı Vilhelm Tell həbs olunur və öz oğlunun başına qoyulan almanı güllə ilə vurmağa məcbur edilir. 1307-ci ildə V. Tellə belə bir şərt qoyulur: o, oğlunun başına qoyulmuş almanı nişan alıb vurmalı idi, əgər o, bunu etməzdisə, oğlu cəlladlar tərəfindən amansızcasına qətlə yetiriləcəkdi. Belə bir şərt qarşısında qalan V. Tell oglunun başına qoyulmuş almanı çox uzaq bir məsafədən vurmaq məcburiyyətində qalır. Məşhur atıcı uzaq məsafədən nişan alır və çox dəqiqliyi ilə almanı vurur.
Bu məşhur rəvayətdən “ilhamlanan” məşhur Amerika yazıçısı U.Berrouz Mexikoda əyləncə gecələrindən birində qonaqları təəccübləndirmək qərarına gəlir. Narkotik və içki aludəçiləri olduqları üçün ailəvi olaraq tez-tez yaşayış məkanlarını dəyişdirmək məcburiyyətində qalırdılar. Ötən əsrin 50-ci illərində ABŞ-da narkotik aludəçilərinə qarşı ciddi tədbirlər görülürdü. O, arvadı Coan Vollmerin başına stəkan qoyur və tapancadan atəş açır. Ancaq güllə stəkana deyil, qadının başına dəyir və qadın elə yerindəcə dünyasını dəyişir.
Bu hadisə ildırım sürətilə bütün dünyaya yayılır və hadisəni eşidən hər kəs bir müddət şok yaşayır. Uzun müddət bütün dünya mətbuatı bu haqda yazırdı: “Məşhur V.Tell rəvayətindən “ilhamlanan” məşhur yazıçı U. Berrouz istəkli arvadının qatilinə çevrildi”.
Bu qətldən sonra Uilyam Berrouz fəal yazıçılıq fəaliyyətinə başlayır. Barəsində 8 ildən 20 ilədək həbs-qəti imkan tədbiri seçilsə də, daha sonra şahidlərin və vəkilin köməyi ilə azadlığa buraxılmışdır./Azens