manera.az
manera.az

“Günahsız günahkarlar” tamaşası nümayiş olunub | MANERA.AZ

📅 02.04.2016 22:53

“Günahsız günahkarlar” tamaşası nümayiş olunub | MANERA.AZ

Aprelin 2-də Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sifarişi ilə sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində Bakı Uşaq Teatrının aktyorlarının ifasında Arzu Soltanın “Günahsız günahkarlar” tamaşası nümayiş olunub.

Müasir dövrün qlobal problemlərindən olan insan alverinin tanıdılmasına həsr olunan tamaşa bu layihə çərçivəsində 7 universitetdə nümayiş olunacaq.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub.

Ağrılı mövzu, fərqli rejissor həllinə malik tamaşa maraqla qarşılanıb.


Baxış sayı - 1 664 | Yüklənmə tarixi: 02.04.2016 22:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930