manera.az
manera.az

“Azərbaycan əsgərləri” klipi təqdim edilib MANERA.AZ

📅 07.04.2016 10:41

“Azərbaycan əsgərləri” klipi təqdim edilib MANERA.AZ

RTV-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gətirdiyi “Azərbaycan əsgərləri” klipi ictimaiyyətə təqdim edilib.

Hərbi-vətənpərvərlik ruhunda yazılmış “Azərbaycan əsgərləri” mahnısında ölkəmizin hərbi qüdrəti və əsgərlərimizin şücaəti öz əksini tapıb.

Klipin yaradıcı heyətinin iştirakı ilə keçirilən təqdimat mərasimində vətənpərvərlik mövzusunda hazırlanan layihələrin vacibliyindən danışılıb.

Bəstəsi və ifası müğənni Səyyad Əlizadəyə məxsus musiqinin sözləri şair Vaqif Bəhmənliyə, aranjemanı isə Birhan Birərə aiddir. 2015-ci ilin noyabrından start verilən çəkilişlər Azərbaycanın cəbhə bölgəsində yerləşən və digər hərbi hissələrdə aparılıb.

Klipin operatoru Elmar Hacıyev, montajçısı Fuad Əliyev, prodüseri isə Vəli Turandır.


Baxış sayı - 1 737 | Yüklənmə tarixi: 07.04.2016 10:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031