manera.az
manera.az

Rafael Dadaşovun 70 illik yubileyi keçirilib -MANERA.AZ

📅 06.04.2016 10:13

Rafael Dadaşovun 70 illik yubileyi keçirilib -MANERA.AZ

C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi xalq artisti Rafael Dadaşovun 70 illik yubileyi ilə əlaqədar aktyorla görüş keçirmişdir.

Görüşdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə və müəllim heyətindən bir qrup, Bakı şəhər muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri iştirak etmişlər.

Tədbirdə R. Dadaşov sənətə gəlişindən, oynadığı rollardan söhbət açmış, sənət dostları haqqında xatirələrini söyləmiş, tamaşaçıları maraqlandıran sualları cavablandırmışdır.

Tədbirdə aktyorun həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş etdirilmişdir.

Turan Etibaroğlu
Manera.az

Rafael Dadaşovun 70 illik yubileyi keçirilib -MANERA.AZ


Baxış sayı - 1 788 | Yüklənmə tarixi: 06.04.2016 10:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930