manera.az
manera.az

Yaşar Nurinin xatirəsi yad ediləcək |MANERA.AZ

📅 18.11.2015 10:15

   Yaşar Nurinin xatirəsi yad ediləcək |MANERA.AZ
Noyabrın 20-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində xalq artisti Yaşar Nurinin xatirəsi anılacaq.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Bakı teatrlarının rəhbərləri, teatr tənqidçiləri, rejissor və aktyorlar, Yaşar Nurinin ailə üzvləri, tələbələr, muzey əməkdaşları və ictimaiyyət nümayəndələri dəvət olunub.

Yaxın günlərdə Yaşar Nurinin ailəsi mərhum aktyorun şəxsi arxivini muzeyə hədiyyə edib. Bu arxiv əsasında muzeyin ekspozisiyasında aktyora həsr olunmuş guşə yaradılıb. Anma mərasimində iştirakçılar fonda daxil olmuş şəxsi arxiv əşyaları və guşə ilə tanış olacaqlar.

Həmçinin aktyorun yaradıcılığını əks etdirən video çarx nümayiş etdiriləcək, yaxınları və sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Turan
Manera.az


Baxış sayı - 1 683 | Yüklənmə tarixi: 18.11.2015 10:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930