Atatürkün geosiyasi düşüncələri _MANERA.AZ
![]()
Türkiyə Cümhuriyyəti tarixində geosiyasət terminindən ilk dəfə ilk dəfə istifadə edən Mustafa Kamal Atatürk olmuşdur. M.K.Atatürk Türkiyə dövlətinin geosiyasi məkanını Avrasiya adlandırmış və əsas əlaqələrini bu coğrafiyada mövcud olan dövlət və xalqlarla bağlamağa çalışmışdır.
Avrasiyaçılıq terminin yalnız Türkiyə geosiyasətində M.K.Atatürkdə qədər istifadə olundu.M.K.Atatürk klassik turançı ideoloq olan Ziya Göyalp ilə oxşar cəhət budur ki,Atatürk Avrasiya terminini Yeni Türkiyədə,Ziya Göyalp isə Osmanlının son dönəmlərində Türkiyə geosiyasi düşüncə müstəvisinə gətirmişlər.Sonralar isə Avrasiya terminini Türkiyənin rəsmi xarici siyasət xətti kimi ayrı-ayrı zamanlarda və yaxud da,şəraitlərdə aktuallaşdıraraq müəyyən tarixi dönəmlərdə istifadə edilmişdir.M.K.Atatürk Rusiya ilə bütün geoməkan tərəfdaşlığı,regional münasibətləri və digər geosiyasi əlaqələri dəstəkləsədə,Türkiyənin sovetləşməsinə razı olmadı.Atatürkün Lenindən fəri bunda idi ki,dövlətini sosializm və kapitalizm arasında orta yolu tutaraq inkişaf etdirdi.
Leninin şüarı “ İnsanların vətəni yoxdur,ümumi maraqları vardır” bu idi,amma M.K.Atatürkün isə şüarı “Hər bir türk üçün vətəndən əziz nemət yoxdur” bu idi.Bu iki şüar bir- birinə zidd olduğu üçün,üst-üstə düşməməsidə normal idi.M.K.Atatürk hal-hazırda kı Türkiyəni müasir sivilizasiya dəyərli ilə yaşayan,Avropada mövcud olan ictimai-siyasi və mədəni sistemə uyğun idarəçilik rejiminə və vətəndaş cəmiyyət inistutlarına malik olan,lakin milli-mənəvi dəyərlərini qoruyan və yaşadan bir ölkə kimi təsəvvür edirdi.M.K.Atatürk Avropa və Rusiya geosiyasətçilərinin bəşər sivilizasiyası üzərində apardığı müxtəlif bölgüləri qəbul etmirdi.Atatürk sivilizasiyanı vahid bəşəri dəyər olaraq qəbul edirdi.Atatürkün geosiyasəti digərlərindən öz praktikliyi ilə seçilirdi.
M.K.Atürkün qurduğu Türkiyəni o zamanlar Avropa dövlətlərindən fərqləndirən cəhəti idarəetmə münasibətlərinin kökündə milli burjuaziya yox,hərbi-mülki bürokratiya dayanırdı.M.K.Atatürk Osmanlıdan qalan problemləri aradan qaldırılmasına hər zaman çalışırdı.M.K.Atatürk həmdəböyük dövlətlərin qarşısında siyasi asılılığa düşməmək üçün onlarla münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarı idi.Atatürkün şəxsiyyətinə dəyər qatan bir cəhəti budur ki,geosiyasət düşüncəsində asılılıq yox idi.
Vüsal Süleymanov