manera.az
manera.az

İlqar Fəhminin “ Son reportaj” Mingəçevirdə _MANERA

📅 12.03.2016 13:00

İlqar Fəhminin “ Son reportaj” Mingəçevirdə _MANERA

MANERA.AZ xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrıda Azərbaycan Milli peşəkar,çağdaş teatrının 143 illik yubileyi ilə əlaqədar əbədi-bədii gecə keçirilib.

Gecədə Mingəçevir şəhər ziyalıları , şəhər icra hakimiyyətinin nümayəndələri və teatrın görkəmli xadimləri iştirak edib.

Yubiley mərasimini giriş sözü ilə teatrın direktor müavini Vüsal Məmmədov açaraq,yubiley iştirakçılarını salamlamış,teatr ictimayyətini Milli teatrımızın təşəkkülü və yaranışı münasibəti ilə səmimi qəlbdən təbrik edib.

Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndəsi Sahib Əliyev şəhər icra hakimiyyəti adından yubiley iştirakçılarına ən səmimi arzu və istəklərini bildirmiş teatrın yaradıcı heyyətinə müvəfəqqiyətlər arzu edib.
İlqar Fəhminin “ Son reportaj” Mingəçevirdə _MANERA
Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli öz növbəsində teatrın gənc aktyorlarından Aytən Abdullayevanı ,Paşa Salmanovu ,Asim Əmirovu və Ceyhun Əhmədovu fəxri fərmanla mukafatlandırmışdır.Teatrın görkəmli aktrisası Ella Yaqubova yubiley iştirakçılarını salamlayaraq, teatrın nəzdində fəaliyyət göstərən “İnam” studiyyasının yetişdirmələri olan Paşa Salmanova və Leyla Cavadovaya studiyanı uğurla başa vurduqları üçün sertifikatla təltif edilib.

Gecənin sonunda söz teatrın baş rejissoru Xəzər Gəncəliyə verilmişdir.Xəzər Gəncəli Azərbaycan teatrının inkişaf yolundan onun keçdiyi mərhələlərdən söhbət açaraq,milli teatrımızın üç min illik qədim bir tarixə malik olduğunu maraqlı faktlarla vurğulamış və milli teatrın təşəkkül və inkişafında Azərbaycan dramaturgiyasının banisi və qurucusu M.F . Axundovun zəhmət və fəaliyyətini xususi olaraq qeyd etmişdir.O , göstərmişdir ki, məhz M.F. Axundov fəaliyyəti sayəsində Azərbaycanda çağdaş teatr sənətinin əsası qoyulmuş və 1873-cü il 10 mart tarixində görkəmli maarifpərvər ziyallarımız Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun rəhbərliyi ilə “ Sərgüzəşti vəziri xani – Lənkəran “ əsəri ilk dəfə milli səhnəmizdə oynanılıb.

Gecənin sonunda bədii hissədə əməkdar incəsənət xadimi , görkəmli rejissor Bəhram Osmanovun yazıçı İlqar Fəhminin “ Son reportaj” adlı pyesi üzərə hazırlanmış olduğu tamaşa müvəffəqiyyətlə nümayiş etdirilib.


Baxış sayı - 1 641 | Yüklənmə tarixi: 12.03.2016 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031