manera.az
manera.az

Müəllif hüquqları qorunacaq _MANERA

📅 09.03.2016 12:37

Müəllif hüquqları qorunacaq _MANERA
"Tərkibində müəlliflik hüququ və əlaqəli hüquqlarla qorunan əsərlərin olduğu məhsullara nəzarət markalarının (holoqramların) tətbiqi ilə əlaqədar bütün sistem işlənib hazırlanıb. Hazırda onlayn sifariş mexanizminin tətbiqi ilə əlaqədar "ASAN" xidmətlə danışıqlar aparılır".

MANERA.AZ bildirir ki, bu barədə Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən deyilib.

Şöbədən verilən məlumata görə, Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi nəzarət markalarının çapı üçün lazımi texniki avadanlıqlarla təmin edilib: ""Nəzarət markaları"nın (holoqramların) tətbiqi işini gecikdirən səbəblərdən biri texniki avadanlıqlar və onların işini təmin edən xüsusi proqram təminatından istifadə idi. Bu məqsədlə ötən il Ukrayna Respublikasından sahə üzrə mütəxəssislər dəvət olundu və mərkəzin bütün işçilərinə təlimlər keçirildi. Hazırda mərkəzin əməkdaşları "Nəzarət markaları"nı (holoqramları) çap edən texniki avadanlıq və proqram təminatından istifadə üzrə həm nəzəri, həm də praktik biliklərə malikdirlər".

Agentlikdən o da bildirilib ki, artıq respublika ərazisində audiovizual əsər və fonoqram istehsalçılarına, kompüter proqramlarının hüquq sahiblərinə, məlumat topluları və kitab naşirlərinə (hüquq sahiblərinə) müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə nəzarət markalarının (holoqramların) yapışdırılması üçün sifariş vermələri barədə məktubların göndərilməsinə başlanılıb.


Baxış sayı - 1 625 | Yüklənmə tarixi: 09.03.2016 12:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031