manera.az
manera.az

Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 hərbçimiz - Tam siyahı

Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 hərbçimiz - Tam siyahı
Vətən müharibəsində iştirak edən 83 hərbçimiz Prezident İlham Əliyevin Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Onlardan 34 nəfərinə bu ad ölümündən sonra verilib.

Manera.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2-si general-leytenant, 3-ü general-mayor, 10-u polkovnik, 1-i 1-ci dərəcəli kapitan, 13-ü polkovnik-leytenant, 18-i mayor, 13-ü kapitan, 6-sı baş leytenant, 6-sı baş gizir, 2-si gizir, 5-i kiçik gizir, 1-i kiçik miçman, 3-ü isə əsgərdir.

Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 36 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru Qoşunlarının, 12 nəfəri Sərhəd Qoşunlarının, 7 nəfəri Hərbi Hava Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur. Digər 1 hərbi qulluqçunun xidmətdə olduğu silahlı dəstə isə gizli saxlanılır.

Vətən Müharibəsi Qəhrəmanı adı alan igidlərimizin tam siyahısını təqdim edirik:

1. Sərhəd Qoşunları, general-leytenant İlham Mehdiyev – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib.

2. Xüsusi Təyinatlı Qüvvələr, general-leytenant Hikmət Mirzəyev – Murov zirvəsinin, Cəbrayıl, Füzuli, Qubadlı və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib.

3. Hərbi Hava Qüvvələri, general-mayor Namiq İslamzadə – Hadrut qəsəbəsi və Füzuli şəhəri istiqamətlərində gedən döyüşlər zamanı "Su-25" hücum təyyarəsində qəhrəmanlıq nümunəsi göstərib.

4. Xüsusi Təyinatlı Qüvvələr, general-mayor Zaur Məmmədov – Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

5. Xüsusi Təyinatlı Qüvvələr, general-mayor Ələkbər Cahangirov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

6. Sərhəd Qoşunları, polkovnik Babək Ələkbərov – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və azad olunma xəbərini Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edib.

7. Quru Qoşunlar, polkovniki Telman Hüseynov – Cəbrayıl, Füzuli və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

8. Quru Qoşunları, polkovnik Raqif İsrayılov – Cəbrayıl, Füzuli, Zəngilan və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

9. Sərhəd Qoşunları, polkovnik Babək Qurbanov – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

10. Quru Qoşunları, polkovnik Nizami Mövlanov – Cəbrayıl, Füzuli, Şuşa şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

11. Hərbi Hava Qüvvələri, polkovnik Zaur Nudirəliyev – Füzuli və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı Su-25 hücum təyyarəsində qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

12. Sərhəd Qoşunları, polkovnik Vüsal Sultanov – Xudafərin körpüsünün azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

13. Daxili Qoşunlar, polkovnik Zəfər Yusibov – Murov zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

14. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik Zaur Zeynalov – Murov zirvəsinin, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

15. Hərbi Dəniz Qüvvələri, 1-ci dərəcəli kapitan Zaur Quliyev – Cəbrayıl, Füzuli, Qubadlı şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman zamanı qəhrəmanlıq nümunəsi göstərib.

16. Quru Qoşunları, polkovnik-leytenant Əfqan Abdurahmanov –Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

17. Quru Qoşunları, polkovnik-leytenantı Səxavət Baxışov – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

18. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Ceyhun Camalov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

19. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Ramiz Cəfərov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

20. Quru Qoşunları, polkovnik-leytenant Orxan Əkbərov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

21. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Anar Əliyev – Xocavənd rayonun Tuğ qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

22. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Xaliq İbrahimov – Cəbrayıl, Füzuli, Qubadlı şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman zamanı qəhrəmanlıq nümunəsi göstərib.

23. Daxili Qoşunlar, polkovnik-leytenant Füzuli İmrəliyev – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib.

24. Quru Qoşunları, polkovnik-leytenant Faiq Qasımov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

25. Hərbi Hava Qüvvələri, polkovnik-leytenant Ramiz Qasımov – Suqovuşan (Madagiz) qəsəbəsi istiqamətlərində gedən döyüşlər zamanı Mi-17 hücum vertolyotu ilə qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

26. Hərbi Hava Qüvvələri, polkovnik-leytenant Elnur Qebedov – Dinc əhalinin yaşadığı şəhər və rayonlarda, xüsusilə Mingəçevir SES istiqamətində erməni təxribatlarının qarşısını alan zaman qəhrəmanlıq nümunəsi göstərib.

27. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Anar Mirzəyev – Xocavənd və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

28. Hərbi Hava Qüvvələri, polkovnik-leytenant Rəşad Nadirov – Füzuli və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

29. Quru Qoşunları, mayor Vüqar Ağayev - Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

30. Quru Qoşunları, mayor Mirdamət Bağıyev – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

31. Quru Qoşunları, mayor Elbrus Bayramov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

32. Quru Qoşunları, mayor Amid Heydərov – Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

33. Xüsusi Təyinatlı Qüvvələr, mayor Saleh Həsənov – Murov zirvəsinin, həmçinin Cəbrayıl, Füzuli, Şuşa şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

34. Sərhəd Qoşunları, mayor Şahin Hüseynquliyev – Füzuli və Şuşa şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

35. Mayor Zaur Hüseynov – Cəbrayıl və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

36. Daxili Qoşunlar, mayor Şıxamir Qaflanov – Cəbrayıl və Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

37. Quru Qoşunlar, mayor Anar Qasımov – Murov zirvəsinin, həmçinin Cəbrayıl, Füzuli və Şuşa şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

38. Sərhəd Qoşunları, mayor Röyal Quliyev – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

39. Hərbi Hava Qüvvələri, mayor Səfər Qurbanov – Füzuli və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

40. Quru Qoşunları, mayor Elçin Mansurov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

41. Sərhəd Qoşunları, mayor Anar Məmmədov – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

42. Xüsusi Təyinatlı Qüvvələr, mayor İlqar Orucov – Cəbrayıl və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

43. Xüsusi Təyinatlı Qüvvələr, mayor Gündüz Səfərli – Cəbrayıl və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

44. Sərhəd Qoşunları, mayor Elvin Səfərov – Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

45. Xüsusi Təyinatlı Qüvvələr, mayor Elnur Şirinov – Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

46. Xüsusi Təyinatlı Qüvvələr, mayor Anar Şükürov – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

47. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Rəşad Abdullayev – Murovdağ zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

48. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Nihad Babayev – Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

49. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Qəzənfər Bağırlı – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

50. Daxili Qoşunlar, kapitan Nicat Bədəlov – Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

51. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Fərid Əliyev – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

52. Quru Qoşunları, kapitan Ceyhun Həsənov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

53. Quru Qoşunları, kapitan Ramazan Hudulov – Füzuli və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

54. Hərbi Hava Qüvvələri, kapitan Rəşad Qasımlı – Suqovuşan (Madagiz) qəsəbəsinin, Füzuli və Cəbrayıl şəhərləri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

55. Quru Qoşunları, kapitan Cavid Mahmudov – Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

56. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Veysəl Musibov – Murov zirvəsinin, Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

57. Quru Qoşunları, kapitan Surxay Noçuyev – Cəbrayıl, Füzuli, Qubadlı və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

58. Xüsusi Təyinatlı Qüvvələr, kapitan İsmayıl Səmədov – Cəbrayıl və Füzuli şəhərlərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

59. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Renat Şıxnəbiyev – Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

60. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenant Qəzənfər Ağayev – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

61. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenant İzzət Balacayev – Cəbrayıl və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

62. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenantı Cavid Behbudov – Cəbrayıl və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

63. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenant Valeh Bədəlov – Murov zirvəsinin, həmçinin Cəbrayıl və Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

64. Quru Qoşunları, baş leytenant Azad Hümbətov – Füzuli şəhərinin, Hadrut qəsəbəsinin, Qubadlı şəhərinin və Laçın dəhlizinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

65. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenant Adil İbrahimli – Murov zirvəsinin, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

66. Sərhəd Qoşunları, baş gizir Şahin Allahyarov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

67. Xüsusi Təyinatlı Qüvvələr, baş giziri Sübhan Cəbrayılov – Cəbrayıl və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

68. Xüsusi Təyinatlı Qüvvələr, baş giziri Yaşar Hüseynov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

69. Xüsusi Təyinatlı Qüvvələr, baş giziri Camal İsmayılov – Cəbrayıl və Füzuli şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

70. Xüsusi Təyinatlı Qüvvələr, baş gizir Mehrab Niftəliyev – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

71. Sərhəd Qoşunları, baş giziri Azər Yusifli – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

72. Xüsusi Təyinatlı Qüvvələr, gizir İntiqam Əsgərli – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

73. Xüsusi Təyinatlı Qüvvələr, gizir Elyar Vəliyev – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

74. Xüsusi Təyinatlı Qüvvələr, kiçik gizir Orxan Cabbarov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

75. Xüsusi Təyinatlı Qüvvələr, kiçik gizir Yaşar Əhmədov – Cəbrayıl və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

76. Xüsusi Təyinatlı Qüvvələr, kiçik gizir Əli Hüseynov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

77. Sərhəd Qoşunları, kiçik gizir Nail İbrahimli – Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

78. Sərhəd Qoşunları, kiçik gizir Amin Novruzov – Füzuli və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

79. Hərbi Dəniz Qüvvələri, kiçik miçman Fəqan Zalov – Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

80. Quru Qoşunları, əsgər Azər Abdullazadə – Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

81. Quru Qoşunlar, əsgər Murad Əflətov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

82. Quru Qoşunları, əsgər Vüsal Yaqubov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031