manera.az
manera.az

Ankarada Heydər Əliyevi anım mərasimi keçirilib - Foto

📅 20.04.2023 10:03

Ankarada Heydər Əliyevi anım mərasimi keçirilib - Foto
|19.04.2023, MANERA.AZ| Bu gün Ankarada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətiylə anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycandan Milli Məclisin sədr müavini Adil Əliyev, Millət vəkili Ramil Hasan, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Araşdırmacı yazar Dr. Şərəf Cəlili, Türkiyədən ORSAM başqanı Prof.Dr. Ahmed Uysal, “Diplomasi” vəqfinin başqanı Doç.Dr. Oğuzhan Bilgin, “Marmara Grubu” vəfqinin başqanı Dr. Akkan Suver, Ankara Universitetinin rektoru Prof.Dr. Nejdet Ünivar Qazi Universitetinin rektoru Prof. Dr. Musa Yıldız, Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran, Bilkent Universitetinin rektoru Prof. Dr. Kürşat Aydoğanla birlikdə, diplomatik korpusunun nümayəndələri, geniş ictimaiyyətin təmsilçiləri, tanınmış alimlər, Ümummilli Lider Heydər Əliyev ilə ünsiyyətdə olmuş şəxslər, QHT və medya nümayəndələri və başqaları iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsiylə başlayıb.

Sonra TADİV sədri, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Prof. Dr. Aygün Attar açılış nitqi söyləyib.

Aygün Attar qonaqları salamlayıb. Sonra TADİV-in fəaliyyət tarixindən bəhs edərkən vəqfin quruluş ideyasının Ulu Öndər Heydər Əliyeva aid olduğunu diqqətə çatdırıb.

A.Attar açılış nitqində Ümummilli Liderin TADİV-in yaranmasında rolunu və təşkilata göstərdiyi xüsusi diqqəti tarixi missiya kimi dəyərləndirib. Onun TADİV-in fəaliyyətinin timsalında türk dünyasının mədəniyyət diplomatiyasının formalaşmasına, inkişafına və təşəkkülünə verdiyi dəyər, diqqət və qayğı yüksək dəyərləndirib, “Qardaşlıq həftəsi” ikinci günündə keçirilən tədbirin əhəmiyyətindən danışıb, tədbirin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan professor Aygün Attar onun hakimiyyətdə olduğu dövrdə Azərbaycan-Türkiyə əlaqələrindəki xidmətlərindən bəhs edib.

Daha sonra çıxışçılara söz verilib.

Çıxışların əsas mövzusunu Ulu Önder Heydər Əliyev və onun Azərbaycan-Türkiyə qardaşlığındakı rolu təşkil edib.

Natiqlər diqqətə çatdırıblar ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” və ümummilli lider Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir!” şüarları bu gün reallıqdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri, birgə qərarları, qətiyyətli addımları tarixi Zəfərin qazanılmasında mühüm amil oldu. Əminliklə bildirilib ki, bütün dünya üçün nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı regionda sülhü, sabitliyi və inkişafı təmin edəcək və qoruyacaq.

Tədbirlərdəki bütün çıxışlarda Heydər Əliyevin “Bir millət, iki dövlət!” prinsipi ilə səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəldiyininin iki ölkə üçün əhəmiyyəti dəyərləndirilib. Eyni zamanda, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin yalnız Azərbaycanın deyil, türk dünyasının nəhəng siyasi şəxsiyyəti olduğunu qeyd edilib.

Tədbir xatirə şəklinin çəkdirilməsiylə sonlandırılıb.

Şəhla Aslan,
Ankara


Ankarada Heydər Əliyevi anım mərasimi keçirilib - Foto
Ankarada Heydər Əliyevi anım mərasimi keçirilib - Foto
Ankarada Heydər Əliyevi anım mərasimi keçirilib - Foto
Ankarada Heydər Əliyevi anım mərasimi keçirilib - Foto


Baxış sayı - 495 | Yüklənmə tarixi: 20.04.2023 10:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031