manera.az
manera.az

Ankarada Xocalı Soyqırımının 30-cu ildönümü münasibətilə konfrans keçirilib

Ankarada Xocalı Soyqırımının 30-cu ildönümü münasibətilə konfrans keçirilib

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov: “Bütün sübutlara baxmayaraq, dünya ictimaiyyəti Xocalı soyqırımına səssiz qalıb”

Bu gün Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Türkiyənin Prezident Milli Kitabxanasında “Müharibə cinayətlərinin hüquqi qiymətləndirilməsi və alınan dərslər - Xocalıdan 44 günlük müharibəyə qədər” adlı konferans təşkil olunub.

Səfir açılış nitqində diqqətə çatdırıb ki, seminar anım tədbiri deyil. Bu konfransda Xocalı ilə bağlı alimlər, siyasətçilər öz fikirlərini bölüşəcəklər.

Çıxışına davam edək diplomat Xocalı qətliamının 1992-ci il 26 fevralda baş verdiyini bir daha xatırladaraq, "Bu soyqırımı şahidlərin ifadələri, videogörüntülər, jurnalistlərin yazıları sübut edir. Amma bütün bu sübutlara baxmayaraq, beynəlxalq qurumlar, siyasətçilər, dünya dövlətlərinin diplomantları səssiz qalır" – ifadələrini nitqinə əlavə edib.

R. Məmmədov eyni zamanda, 30 il Azərbaycan torpaqlarını işğal edən Ermənistanın 1 milyon insanın 30 il öz vətənindən uzaq qalmasına səbəb olduğunu diqqətə çatdırıb.

Ankarada Xocalı Soyqırımının 30-cu ildönümü münasibətilə konfrans keçirilib

Xocalı soyqırımını törədən erməni siyasətçilərin bu gün Türkiyəyə böhtan atdığını vurğulayan R. Məmmədov deyib: "Onlar 1915-ci il hadisələrinin "soyqırım" olduğunu iddia edir və bunu öz dövlətlərinin daxili və xarici siyasətinin prioriteti hesab edərək işlərini davam etdirirlər. Hər kəs Sözdə 'soyqırım'ın ildönümünə bir il qalmış bu məsələ sosial media kanallarında, dünya mediasında, dünya parlamentlərində gündəmə gətirilir və həm Türkiyə, həm də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilir."

Konfransda alim və hüquqşünaslar qətliam haqqında məlumat veriblər. Həmçinin Xocalı soyqırımı ilə bağlı fotosərgi nümayiş olunub.

Şəhla Aslan,
Ankara


Ankarada Xocalı Soyqırımının 30-cu ildönümü münasibətilə konfrans keçirilib

Ankarada Xocalı Soyqırımının 30-cu ildönümü münasibətilə konfrans keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031