manera.az
manera.az

Ankarada Əhməd Cavadın anım tədbiri keçirildi - FOTOLAR

Ankarada Əhməd Cavadın anım tədbiri keçirildi - FOTOLAR

Manera.az xəbər verir ki, bu gün Türkiyənin paytaxtı Ankarada (Türk Tarixi Muzeyi və Parkında), Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anım tədbiri keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Etiməsqut Bələdiyyəsi və Türk Tarix Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə şairin heykəlin açılışı da baş tutub. Mərasimdə Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Milli Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərov, Etimesgut Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl və digər rəsmi şəxslər iştirak ediblər.

İştirakçılar şairin xatirəsini ehtiramla yad edib, “Xatirə lövhəsinə” gül dəstələri düzüblər.

Səfir R. Məmmədov və digər çıxış edənlər Ə.Cavad yaradıcılığı və onun Türk dünyasındakı yeri barədə fikirlərini bölüşüblər. Çıxışlarda Əhməd Cavadın parlaq əsərlərinin türkçülük şüurunun formalaşmasına verdiyi böyük töhfələrdən bəhs edilib. Eyni zamanda, tədbirdə Əhməd Cavadın həyatına dair sənədli film nümayiş etdirilib.

Daha sonra iştirakçılar Türk Tarixi Muzeyi ilə tanış olmuş, Parkda yerləşən Türk otağını ziyarət etmişlər.

***

Yeri gəlmişkən qeyd edək ki, Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini mollaxanada alır.

Sonra ailələri Gəncəyə köçür. O, buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsil alır.

Şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi" sıralarına qatılır. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi gedişində Türkiyənin şərq cəbhəsindəki döyüşləri Sarıqamış uğursuzluğu ilə nəticələnir.


Ölkənin rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalır.

Bakıda yerləşən "Azərbaycan xeyriyyə cəmiyyəti" Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edir. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışır.

Qardaş xalqın ağır günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə "Nə gördümsə" şeirində dilə gətirir.

O, tarixi şeiri 1915-ci il martın 22-də yazır. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad "Qara dəniz" şeirini yazıb və böyük ümidlərlə yaşayıb.

Əhməd Cavadın "Çırpınırdın, Qara dəniz" şeirinin sözlərinə yazılmış mahnı (musiqisi Üzeyir Hacıbəylinindir) bütün türk dünyasının azadlıq və mübarizə himninin əks-sədasıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini - "Azərbaycan marşı"nı yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 20-də Əhməd Cavadın 130 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.


Təqdim etdi: Şəhla Aslan,
Ankara

Ankarada Əhməd Cavadın anım tədbiri keçirildi - FOTOLAR
Ankarada Əhməd Cavadın anım tədbiri keçirildi - FOTOLAR

Ankarada Əhməd Cavadın anım tədbiri keçirildi - FOTOLAR

Ankarada Əhməd Cavadın anım tədbiri keçirildi - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031