manera.az
manera.az

Kayseridə yenicə açılmış “Azərbaycan Qardaşlıq Parkı”ından - Fotoreportaj

Kayseridə yenicə açılmış “Azərbaycan Qardaşlıq Parkı”ından - Fotoreportaj

Türkiyənin Kayseri şəhərində keçirilən “Yeni nəsir media” adlı konferans çərçivəsində Kayserinin Talas Bələdiyyəsinin sədri Mustafa Yalçınla görüşmə fürsətimiz yarandı.

Söhbətimiz zamanı Mustafa Yalçın bizə Talas Bələdiyyəsi tərəfindən salınıb, yenicə açılışı olmuş “Azərbaycan Qardaşlıq Parkı”ndan bəhs etdi.

Bələdiyyəsinin sədri Kayseridə qardaş Azərbaycana hər zaman xüsusi münasibət bəslənildiyini dedi: - Azərbaycan deyiləndə dərhal ağlımıza “İki dövlət, bir millət” şüarı gəlir. Əslində yeddi dövlət bir millətdir. Bir millət olanda dərdi də, sevinci də ortaq olur. Bu səbəbdən 30 ildir ki, Xocalıda törədilən soyqırımın acısını eyni acıyla hiss edirik. İki prezidentin yaxınlığı, səmimiliyi, dostluğu bizə nümunə oldu. Biz iki xalqın yolundan gedərək, qardaşlığı gücləndirmək üçün addımlar atırıq.

Mustafa Yalçın “Azərbaycan Qardaşlıq Parkı”nın yaradılmasının önəmindən danışdı. O qeyd etdi ki, Azərbaycan Qardaşlıq Parkı iki ölkə arasındaki qardaşlıq münasibətlərimizə dair ən gözəl nümunələrdən biridir. “Biz bu parkda 180 m² ərazidə “Şuşa Azərbaycan Mədəniyyət Evi” tikəcəyik. Bu Can Azərbaycanın mədəniyyətini əks etdirən, iki dövlət arasında yaxınlığı göstərən simvolik bir obyekt olacaq.” – deyə sözlərinə əlavə etdi.

Azərbaycana qarşı son dərəcə səmimi duyğularını dilə gətirən bələdiyyə başqanına Azərbaycanın qələbə rəmzi olan “Xarbülbül” döş nişanını hədiyyə etdik.

Sədr Azərbaycan Qardaşlıq Parkı ilə bizi yaxından tanış etməsi üçün Talas Bələdiyyəsinin mətbuat məsələləri üzrə müdiri Uğur Yurda tapşırıq verdi.

Uğur Yurd bizi “Azərbaycan Qardaşlıq Parkı”nın olduğu əraziyə apardı.

Uğur Yurd bildirdi ki, sözü gedən park Talasın Yenidoğan Mahallesi, Çimenli küçəsinin arxasındakı ərazidə yerləşir.

Parkla tanışlıq zamanı gördük ki, parkın ərazisində Qarabağın və Şuşanın rəmzlərindən biri olan İsa bulağı tikilib, Azərbaycanın qan yaddaşı sayılan Xocalı soyqırımı qurbanlarının abidəsi ucaldılıb. Bu parkda tikiləcək Şuşa Mədəniyyət Evinin isə təməli qoyulub.

Söhbətimiz zamanı Uğur Yurd bildirdi ki, burada 20 min m² sahədə 14.500 m² yaşıl sahə var. Buraya 2 min 200 ağac və bitki əkdik. Buranın gündüz başqa, gecə isə fərqli bir gözəlliyi var. Ümumilikdə 3300 metr uzunluğunda velosiped və piyada yolları olan parkda uşaqlar üçün oyun meydançaları, basketbol və futbol meydançaları var. Talas Bələdiyyəsi olaraq, buparkda füsunkar yaşıllıq sahəsi saldıq. Parkda işıqlandırma və s. ilə gecə-gündüz zövq alına biləcək estetik görünüş yarandı. Eyni zamanda müxtəlif tədbirin keçirilməsi üçün də uygun bir məkan oldu.

Biz də, Manera.az olaraq, parkın salınmasında əməyi olan bütün bələdiyyə əməkdaşlarında təşəkkür edirik.

Şəhla Aslan,
Kayseri, Talas

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728