manera.az
manera.az

“Sehrbazlar dərəsi” tamaşasının premyerası oldu - Fotolar

📅 16.02.2025 16:28

“Sehrbazlar dərəsi” tamaşasının premyerası oldu - Fotolar
Fevralın 15-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

MANERA.AZ xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skomoroxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Əməkdar artist Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada Elnur Qədirov (Karvanbaşı), Elçin Əfəndi (Səyyah Sehrbaz), Əməkdar artist Rövşən Kərimduxt (Cəllad Məmmədqulu), aktrisa İlahə Həsənova (Pərnisə), Əməkdar artist Mətanət Atakişiyeva (Qarı), Xalq artisti Əli Nur (Seyid Sarı), Xalq artisti Kazım Abdullayev (İbrahim Ağa), Əməkdar artist Kazım Həsənquliyev (Ağ dərviş) çıxış ediblər.

Mistik əhvalatların baş verdiyi səhnə əsəri paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciə ilə bitən sirli görüşündən bəhs edir.

Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.

İnsan həqiqəti öyrənməyi çox arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər.

Tamaşanın növbəti nümayişi fevralın 27-də olacaq.

“Sehrbazlar dərəsi” tamaşasının premyerası oldu - Fotolar
“Sehrbazlar dərəsi” tamaşasının premyerası oldu - Fotolar
“Sehrbazlar dərəsi” tamaşasının premyerası oldu - Fotolar
“Sehrbazlar dərəsi” tamaşasının premyerası oldu - Fotolar
“Sehrbazlar dərəsi” tamaşasının premyerası oldu - Fotolar
“Sehrbazlar dərəsi” tamaşasının premyerası oldu - Fotolar


Baxış sayı - 307 | Yüklənmə tarixi: 16.02.2025 16:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031